Payızın ən incə çəkmə dəbi

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 4 168
Səs ver:
(səs: 0)
Xırda və dördkünc dabanlı incə çəkmələr Viktorian epoxasının məhsuludur. Həmin dövrdən bəri moda radarına düşən bu çəkmələr aktuallığını itirmir. O, dövri olaraq öz yerini kobud modellərə verir, bununla belə, hər zaman aktaul alternativlərdən biri olaraq qalır və obraza zəriflik bəxş etmək istəyən qadınları istənilən vaxt vəziyyətdən xilas edir.

Önü nazik qaytanla bağlanan bu çəkmələr 1930-ci illərdə trend oldu, 1970-ci ildə yenidən dəbə qayıtdı, 2000-ci illərdə də qadınların diqqətindən kənar qalmadı.

Son illərdə bu çəkmələr öz populyarlığını “Celine” moda evinin kreativ direktoru Fibi Faylo və onun kolleksiyalarına borcludur. Bu gün ən zərif çəkmə dəbindən bir çox mode evləri cavabdehdir. Janna Damas, Mariya Bernard, Leya Cfez kimi fəşn bologerləri bu zərif qaytanlı ayaqqabılara heyrandır. Modapərəstlər onu cins şalvarlar, yumşaq kardiqan, ipək köynəklər, qısa şortlar – və gündəlik qarderobun istənilən elementi ilə uzlaşdırır. Əgər sizin belə bir çəkməniz yoxdursa, tezliklə şopinqə getməyə dəyər. Qara, qəhvəyi, ağ və bej rəngləri payız üçün ən yaxşı sərmayəniz olacaq.

Payızın ən incə çəkmə dəbi






(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri