Qış günlərinin əvəzedilməzi olan palto seçimləri

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 4 253
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
Bu soyuq havalarda içinizi isidəcək bir parça varsa; o da paltolardır. Xalatı xatırladan beldən qurşaqlı, uzun paltolar mövsümün ən havalı parçalarından. İstər diz üstü, istər diz altı olsun, bu paltolardan bir dənə almağınız şərt! İçərisində özünüzü olduqca rahat və cool hiss edəcəksiniz.

Qış günlərinin əvəzedilməzi olan palto seçimləri


Hər tərzə uyğun, bir-birindən gözəl palto modelləri ilə soyuqdan qorunarkən gözəlliyinizdən heç bir şey itirməyəcəksiniz.

Adətən, yaxasız modeldə qarşımıza çıxan tüklü paltolar, havalı görüntüsü ilə cəlb edərkən, lap yumşaq toxunuşu ilə içinizi isidir. Rəngli olanlarla sevimli, boz tonlarla cool bir havaya bürünə bilərsiniz.
Pencək tərzində paltolar bu mövsümün gözdəsidir. Boyfriend pencəklərə bənzəyən bu modeli, stilettolarla tamamlayaraq, qadınsı tərəfinizi də ortaya qoya bilərsiniz.
Yumşaq dəri, dəri və ya yun, parça, nə olursa olsun bu mövsüm yaxası xəzli paltoya yönəlin. Kiçik də olsa bir yerində xəz detalı olması havanıza hava qatacaqdır.
Militer tərzdə pencək və paltolar bir neçə mövsümdür ki dəbdədir. Əgər bu stili sevirsinizsə, cüt düyməli plaş kəsim və ya tünd yaşıl paltolardan birini mütləq qarderobunuza əlavə edin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri