Gəlinlik modelini seçərkən bədən quruluşunuzu, xarakterinizi, toy məkanını nəzərə alın.
Gəlinlik seçərkən bəy namizədi ilə yanaşı olduqda onunla hansı görünüşdə olduğunuza diqqət yetirin.
Gəlinliyi seçərkən mövsümü də nəzərə almalısınız. Bahar gəlinliyi rəngli, incə parçalardan, üzəri uçuq tüllü ola bilər. Yay gəlinliyi incə tüllü parçalardan, çiçək formalı aksesuarlardan istifadə etmək olar. Payız gəlinliyi krem rəngində romantik ab-havada olmalıdır. Qış gəlinliyi isə parlaq rəngli ola bilər.
Uzun boylu gəlinlər qat-qat geniş ətəkli gəlinlik seçməlidirlər. Qısa boylu xanımlar isə düz tikilişdə olan gəlinliyi seçməlidirlər.