Bu mövsüm jaketlər dəbin zirvəsini işğal edib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 16 360
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 5)
Jaket qadın qarderobunun həm rahat, həm də zərif geyim əşyasıdır. Ciddi üslubun əsas elementi olan pencəklərdə gəzmək bəzən bizi sıxır. Jaket bizə özümüzü daha azad və sərbəst hiss etdirən əla seçimdir. Həm də canımızı isti saxlayır. Bu gün payız mövsümünün əvəzolunmaz jaket dəbi haqqında məlumat verəcəyəm.

Jaketləri kəmərlə birləşdirin: Xüsusilə biçimsiz olduğunu düşündüyünüz jaketlərin üzərinə kəmər taxaraq daha düzgün və qadınlığı vurğulayan görüntü əldə edə bilərsiniz. Şalvarlardan başqa, bu düsturu ətək və paltarlarla da aparmaq şansınız var. İncə kəmərlərin jiletlərlə daha xoş göründüyünü hesab edirəm.
Əgər jaketin belinizin incəliyini vurğulamağa qoymadığını düşünürsünüzsə, bunu kəmərlə bərpa edə bilərsiniz. Belə ki, jaketin üstündən kəmər taxaraq, belinizin qum saatı kimi görünməsini təmin edə bilərsiniz. Kəmər jaketlə eyni tonlarda olarsa, daha zərif görünərsiniz.
 
Bol kəsimli jaketlər: Bol kəsimli jaketlər geyinin. Bu jaketlər həm çox əlverişlidir, həm də cinslərlə əla qalır. Donlarla da geyinə bilərsiniz. Daha böyük jaketləri manto məqsədi ilə də geyinə bilərsiniz. "Oversized" jaketlər su keçirməz, dar kəsimli dəri şalvar kimi geyimlərlə də əla qalır. Dağınıq və bol geyinməyi sevirsinizsə, paltarların üzərində də çox gözəl görünürlər.

Uzun jaketlər: Uzun jaketlər də seçə bilərsiniz. Bu jaketləri manto əvəzi, həm də qısa ətək və şortlarla geyinərək geyimi tarazlaşdıra bilərsiniz.

Jaketləri köynəklə birləşdirin: Ağ rəngli düyməli köynəyi jaketlə birləşdirin. Bu stilə qələm ətək də əlavə etsəniz, dəbli iş xanımı obrazı ilə hər kəsi özünüzə heyran qoyacaqsınız.

Asqılı donlar:
Sərin havalarda jaketi asqılı donlarla dəyərləndirin. Xüsusən də trapez donlarla jaketlər çox əla qalır. Ofisdə isə qolsuz düz geyimlərlə uyğunlaşdırın.

Şərflər: Şal və şərf kimi parçalarla da sınaqdan keçirə bilərsiniz. Romantik üslubu sevənlər jaketləri təsvirli baş lentləri və yaylıqlarla uyğunlaşdırmaq imkanına malikdir.

Bilərziklər və başqa aksessuarlar:
Jaketin qolunu bilərzik piramidası ilə bəzəyin. Yaxud sadə jaketin yaxasına zərif broş taxa bilərsiniz.

Köynək kimi geyinin: Jaketin bütün düymələrini bağlayaraq kofta kimi də istifadə edə bilərsiniz. Hətta qısa və kiçik jiletləri bu şəkildə paltarlarınızın üstünə də geyinə bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 11
Baxılıb: 16 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri