Cazibədar qadının qış qarderobunda nələr olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 821
Səs ver:
(səs: 5)
Kaşmir sviter
Sizə isti dəqiqələr yaşatmağı vəd edən kaşmir sviterlər, V yaxalıqlı və dəyirmi yaxalıqlı modellər ayrı-ayrı janrlara və zövqlərə xitab edir. Kaşmir sviterlər qış aylarında altından düyməli köynək, mini ətək və opak corablarla, naxışlı və ya cins şalvarlar və onlarca fərqli konsepsiyalar halında istifadə edilməyi gözləyirlər.
 
 

 


Dar cins şalvarlar
Onu ən başdan qəbul edək ki, cins şalvarlar mövsümsüzlük müqaviləsi imzalamış kimidirlər. Yəni, onlar hər mövsümə, hər cibə, hər yaşa və hər zövqə xitab edirlər. Cins dəbi sanki ən çətin anlarda geyinməyə heç nə tapmayanda bizim xilaskarımız olmağa and içiblər. Yayda onları rahatlıqla səndəllərlə, qışda da uzunboğaz çəkmələrlə asanlıqla uyğunlaşdırmaq mümkündür. Təcili görüşlərdə qarderoba nəzər salanda gözümüz birinci cinslərə sataşır və əlimiz birinci cinslərə gedir.

 


Rəngli paltolar
Bu il havaların çox tez soyuması ilə əlaqədar olaraq isti geyimləri geyinməyə daha tez başlamışıq. Onlar demək olar ki, mart ayının sonlarına qədər bizə yoldaşlıq edirlər. Küçəyə çıxanda gözümüzə ilk olaraq paltolar dəyir. Göz zövqünü korlamamaq üçün fərqliliyə yol verin. Axı nə qədər qara rəngləri üst geyimlər geyinmək olar. Təbiət bizi qaradan başqa da  ən gözəl rənglərlə mükafatlandırıb. Paltonun rəngi nə qədər diqqətçəkən olsa, bir o qədər dəbli və zövqlü görünəcəksiniz. Gəlin birlikdə sınayaq...

 


Uzunboğaz çəkmələr
Qışda ayaqların şıq görünməsi üçün uzunboğaz çəkmələrdən ideal nə ola bilər ki? Bundan əlavə qarlı havalarda bizi onlar qədər qoruyan və qeydimizə qalan ikinci model tanıyırsınız? Məncə, onlar ən ideal olanıdır. Hər növ geyimə yaraşdığı üçün istənilən halda gözəl görünürlər. Bu qış mütləq bir cüt su keçirməyən, uzunboğaz dəri çəkmə alın.

 


Yun və ya trikotaj geyimlər
Qışda havalar soyuq olduğu üçün şalvara daha çox yer veririk. Lakin hər gün şalvar geyinmək sıxıcıdır. Bəs həm şıq görünmək, həm də soyuqdan donmamaq üçün hansı model paltarı seçməli? Əlbəttə ki, yun və trikotaj geyimlər. Bu geyimlərdə qadınlığınızı ön plana çıxardaraq xanım-xatın və daha gözəl görünəcəksiniz.

 

Naxışlı şərf
İstər çiçək naxışlı, istəsəniz də zolaqlı, hətta iddialı görünməkdən qorxmuram - deyirsinizsə, bəbir naxışlı şal alın. Geyimdə kiçik detal kimi görünsə də, o kiçik toxunuşla stilinizə rəng və hərəkət gətirəcəkdir.

Naxışlı jaket
Hamı kimi eyni qara, xaki rəngi, qəhvəyi jileti geyinməkdən darıxmısınızsa, bir az dəyişiklik edib həyatınıza hərəkət gətirməyə nə deyirsiniz? Naxışlı, zolaqlı, rəngli jaketləri düz qolsuz köynək və ya köynəklərlə sintez edib klassikadan kənara çıxmaqda bizcə, heç eybi yoxdur!
 
 

(səs: 5)
Şərhlər: 8
Baxılıb: 8 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri