Yay aylarının seksi trendi - Çiyni açıq geyimlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 9228
Bölmə: Moda » Geyimlər
Səs ver:
(səs: 4)
2015-ci il yay aylarının ən seksi trendlərindən biri çiyni açıq geyimlərdir. Bohem tərzi, bol ölçülü, sadə və ya işləməli, zövqünüzə görə bir çox çeşidini tapa biləcəyiniz çiyni açıq köynək və ya donlarla bu fəslin trendinə uya bilərsiniz...

Qadınlar.bizin çiyni açıq geyimlər barədə sizə bəzi tövsiyələri var.

1. Xüsusilə yay fəslindəki trend parçalar bəzən riskli ola bilir. Artıq kilolar və vücuddakı bəzi deformasiyalar yay geyimlərində gizlənə bilmir. Lakin çiyin hissədə belə bir risk olmadığı üçün çiyinləri açıq köynəkləri hər kəs ürək rahatlığı ilə geyinə bilər.
2. Əgər uzun boyunuz varsa, seçiminiz çiyni açıq donlar olmalıdır. Lakin burda da diqqət etməli olduğunuz bir detal var. Bu trendə uymaq istəyirsinizsə, aldığınız donun çox qısa olmamasına çalışın. Çünki qısa və çiyni açıq donlar uzun boylu xanımlara yaraşmır.
3. Xüsusilə açıla bilən parçalı bohem tərzdə olan bir çiyni açıq köynəyi köhnə görünüşlü şort və ya  şalvarla geyərsəniz, müdhiş bir kombin ortaya çıxarmış olarsınız.
4. 70-ci illərin trendi bu il də qarşımıza çıxır. Belə ki, seçəcəyiniz çiyni açıq bir köynəyi, ətəyi geniş şalvarla kombin etsəniz, sizi olduqca cəzbedici göstərəcək.
5. Bir az daha gənc və çocuksu bir tərzə bürünmək istəyirsinizsə, bir az bol olan və qolları dirsəklərə qədər uzanan çiyni açıq köynək seçməlisiniz.
6. Çiyinləri açma trendini bəlkə də ən cəzbedici şkildə vitage donlarla yaxalaya bilərsiniz. Maksi ətək boyları, fırfırlı detalları çiyni açıq donları daha da şık hala gətirməyə yetər.

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 9228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri