Bəbir printi dəyişilməz dəb qanunudur. Onun modası heç vaxt keçmir. Ancaq bu il dəb mütəxəssisləri bəbir printlərində bir az dəyişiklik ediblər. Belə ki, dəbdəbənin və şıqlığın simvolu olan bəbir printlərinə bu il parıltı əlavə edilib. Onsuz da kifayət qədər diqqət cəlbedici olan bəbir printlər indi üzərinə vurulan zər və parıltı sayəsində daha dəbdəbəli hala gəlib.
Bu il zərlə bəzədilmiş bəbir printli donlar, koftalar, şalvarlar, çanta və ayaqqabılar stil ikonalarının və küçə dəbinə damğa vurmaq istəyənlərin ilk seçimi olacaq.