Ağ paltolar payız-qış aylarının gözlənilməz trendidir. Ağpalto ilk baxışda payız və qış üçün əlverişli geyim sayılmasa da, zaman keçdikcə və dəb inkişaf etdikcəbir çox qaydalar kimi, bu qayda da, öz əhəmiyyətini itirib.
Buna
baxmayaraq, ağ rəngli paltolar özünə qarşı xüsusi ehtiyatlılıq tələb
edir. İstənilən adam razılaşar ki, qüsursuz ağ palto seçmək və onu
təmiz saxlamaq kifayət qədər diqqət tələb edən işdir. Bundan
başqa, yağışlı və buludlu günlərdə onu geyinə bilməzsiniz, çünki belə
havada ağ palto həm yersiz görünəcək, həm də çirklənmə ehtimalı
yüksəldəcək.
Ölməz klassika: ağ-qara
Ağ-qara
rəngin inanılmaz vəhdəti haqqında hər şey deyilib. Bu iki rəngin dueti
heç vaxt köhnəlmir. Bu uyğunluq bütün geyimlərə, o cümlədən, ağ paltoya
da aiddir. Qara kolqotka və ya qara çəkmə ilə ağ palto əla görünür. Ağ
paltonu qara dəri şalvar, yaxud ətəklə birləşdirmək də yaxşı ideyadır.
Ağ rənglə ehtiraslı qırmızının qırılmaz vəhdəti
Ağla
qırmızının, eləcə də, zoğalı çalarların ən təsirli vəhdətini Viktoriya
Bekhemin timsalında görə bilərik. Qırmızı rəng minimalist üslubda
geyinməyi sevən ulduzun obrazına rəng qatıb. Beləliklə, əlavə detallar
olmadan da, gözəl tərzini nümayiş etdirə bilib. Açıq dikdaban
ayaqqabılar isə ağ silueti əla şəkildə tamamlayıb.
Gündəlik stili tamamlayan ağ palto
Məlum
olduğu kimi, cins şalvarlar kejual stilinin ayrılmaz hissəsidir. Bax,
bu cinslər ağ paltonun mükəmməl "tərəf-müqabili” ola bilər. Cazibədar
aktrisa Cessika Alba, adətən, bu ansamblları seçir. Tanınmış stilistlər
isə kejual stilində ağ paltonu idman ayaqqabılarla birləşdirməyi təklif
edir.
Ağın digər rənglərlə vəhdəti
Ağ
istənilən rənglə uyğunlaşmaq xüsusiyyətinə malikdir. Odur ki, siz ağ
paltonu istənilən cəlbedici rənglə birləşdirə bilərsiniz. Bu, sizin
sevdiyiniz və ya dəbdə olan hər hansı rəng də ola bilər. Açıq-mavi və
yasəmən mövsümün ən yaxşı variantlardan biridir. Bundan başqa, pastel,
limon, şaftalı və nanə kimi rənglər də ağ rənglə oyunda gözəl
görünürlər.