Münasibətlərdə 52 həqiqət

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 338
Səs ver:
(səs: 1)
Doğruları qəbul edin!

1 - Ətrafınızda olan insanları arzulamağa davam edəcəksiniz.
2 - Başqa insanların da sizi arzu etməyə davam etdiklərini qəbul edəcəksiniz.
3 - Uzun və davamlı əlaqə o demək deyil ki, siz bir-biriniz üçün yaradılmısınız. Bu əlaqənin təməli möhkəm olmalıdır.
4 - İlk altı ayın sərxoşluğu mütləq sona çatacaq və əlaqədə bir az çətinliklər yaranacaq.
5 - Uşaqlığınızdan yaranmış və hələ də davam edən problemlərdən yoldaşınızı məsul tutmayın, onun həll etməsini gözləməyin. Bunlar sizin məsuliyyətinizdir. Eyni şey onun üçün də keçərlidir. Bir-birinizə qarşı anlayışlı davranmağınız kifayətdir.
6 - Uzun və davamlı əlaqələrin bəzi mükafatları var: rahatlıq, dəstək, inam duyğusu, amma onları davam etdirmək o qədər asan deyil.
7 - Bir gün əlaqədən imtina etmək məcburiyyətində qala bilərsiniz. Uşaqlar vəziyyəti çətinləşdirər.
8 - Əlaqənizin nə qədər dayanıqlı olduğunu düşünəcəksiniz, amma aldadılmayacağınıza dair sizə kimsə zəmanət verə bilməz. Maddi problemlər və həyat stressi də sizə problemlər yaşada bilər.
9 - Əlaqənin həqiqətən çətin dövrü toydan sonra başlayır.
10 - Sevgi hər zaman kifayət etmir. Eşqə baxmayaraq, bəzən imtina ən doğru seçim ola bilər.
11 - Hər qadına uyğun bir kişi həqiqətən var. Evlənmə və uşağa qarışma zamanı da gəlib, hələ birini tapa bilməmisinizsə, problem sizdə ola bilər.

Kişilər haqqındakı bəzi doğru məqamlar

12 - Kişilər əsla dəyişməz. Dəyişəcək olan biri varsa, o, sizsiniz.
13 - Yeni insanlarla hər tanış olduğunuzda, kişinizin bildiyi zarafatlarını dinləmək məcburiyyətində qalacaqsınız. Bu vəziyyət zamanla dəyişməyəcək.
14 - Bir kişinin cinsi orqanına əsla gülməməlisiniz. Bu mövzuda zarafat qəbul etməzlər.

15 - Mütləq fırıldaq və ya namussuz yoldaşı vardır.
16 - Kişilər düşündüyünüzdən daha az özünə inanır. Onlar sizdən həmişə gözəl və əhəmiyyətli olduqlarını eşitmək istəyərlər.

17 - Bütün kişilər kobuddur.
18 - Kişilər nizamlı seks həyatına əhəmiyyət verər.
19 - Sizi iti qədər sevdiyini söyləyən bir kişi sizi həqiqətən sevir. Sizi itindən daha çox sevdiyini söyləyirsə bilin ki, yalan söyləyir.
20 - Kişilər açıq sözlüdür. Sizi sevirsə, kökəlməkdən qorxmayın,bəzi şeylərdən narahat olmayacaq. Amma sevmirsə, bunları mütləq eşidəcəksiniz və böyük ehtimalla laqeydliyin əvəzini ayrılıqla ödəyəcəksiniz.
21 - Yoldaşınızı qaçırmaq istəmirsinizsə, sizi davamlı istəməsini təmin etməlisiniz.
22 - Bir kişini yola gətirmək çətindir. Əlaqədə kifayət qədər istək duymursa, bu dünyadakı heç bir güc onu yanınızda saxlaya bilməz.
23 - Evlənmək bir kişini zəmanət altına almaq mənasını verməz.
24 - Kişilər doğum günləri və digər əhəmiyyətli günləri unudar, amma sizdən anasının doğum gününü xatırlamağınızı gözləyər.
25 - Təraş maşınıyla ayağınızı təmizləməyiniz hər kişini hövsələdən çıxarar.
26 - Yeni köynəyini geyib, onu ətir qoxusuna boğarsanız, kişinizdən müsbət bir reaksiya gözləməyin.
27 - İdeal kişi yoxdur, ideallıq qadınlara məxsusdur.
28 - İş masasını əsla təmizləməyin.
29 - Köhnə köynəklərini əsla atmayın. Onların mənəvi dəyəri ola bilər və bu hərəkətiniz əsla bağışlanmazdır.


Əlaqəni davam etdirən məqamlar
30 - Onun valideynləri ilə yaxşı rəftar edin. Onun valideynlərinin uşaqlarınızın ata tərəfdən nənə və babası olacaqlarını unutmayın və onlarla yaxşı dolanmağa çalışın.
31 - Bir-biriniz üçün nə ifadə etdiyinizə yaxşı qərar verin. Yoldaşmı? Sevgilimi? Kiçik bir detal kimi görünsə də, bir-birinizə olan münasibətinizdə əhəmiyyətli bir rol oynayar.
32 - Ona hər mövzuda güvənməlisiniz. Bir-birinizdən bəzi şeyləri saxlamayın.
33 - Onun olduğu kimi davranmasına icazə verin.
34 - Uşaq yerinə it saxlamayın. Uşaqlarınız olduğu zaman itiniz böyük bir acı yaşayacaq.
35 - Bəzi mövzularda əsla anlaşmırsınızsa, ortaq bir həll yolu tapmağa çalışın, yoxsa gələcəkdə bu mövzular böyük problemlərə yol aça bilər.
36 - Bir-birinizə qarşı hər zaman dürüst davranın.
37 - İllərdir birlikdə olsanız da, bəzən məktəbli aşiqlər kimi çöldə görüşün.
38 - Ona hər gün onda sevdiyiniz bir şeyi etiraf edin.
39 - Bir problemin sizi ayrılma nöqtəsinə gətirməsinə icazə verməyin.
40 - Yoldaşınızın qazancını hər zaman bilin. Maddi vəziyyətini yaxşı bilsəniz, maddi problemlər daha asan həll olar.
41 - Ailəniz, uşaqlığınızda yaşadığınız problemlər və gördüyünüz bəzi müalicələrlə əlaqədar müəyyən sərhədlər təyin edib, onları keçməməyə çalışın. Bu mövzudakı yersiz müzakirələr dərin yaralar aça bilər.
42 - Tualetə girdikdə hər zaman qapını bağlayın.
43 - Sizin bəzi sirlərinizin olmağı normal haldır.
44 - Onun da bəzi sirlərinin olmasına icazə verin. Məsələn, köhnə sevgilisiylə olan bütün detalları izah etməsi üçün onu məcbur etməyin.
45 - "Bir daha bunu mənə söyləsən, səni tərk edəcəyəm" tipli şantajlar pis nəticələnə bilər. Həm problemi həll etməz , həm sizi gülməli vəziyyətə salar.
46 - Birlikdə keçirdiyiniz vaxtlardan çox rahat olmalısınız.
47 - Üzr istədiyiniz zaman, bunu səmimiyyətlə edin. Ürəkdən etmirsinizsə, inandırıcı olmazsınız.
48 - Bir-birinizlə anlayışlı və hörmətli davranın.
49 - Əlaqənizə bəzi sərhədlər qoyun. Əlaqəyə dair bəzi şeyləri yoldaşlarla paylaşmamalısınız.
50 - Ona görə dostlarınızdan imtina etməyin və ondan da bunu etməsini gözləməyin.
51 - Hər döyüşü qazanmaq üçün özünüzü məcbur etməyin.
52 - Birlikdə olduğunuz hər vaxt sizə əyləncəli və xoş gəlməlidir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri