Qadınlar niyə yataqda yalandan süni orgazm təqlidi edirlər?

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 4 124
Səs ver:
(səs: 0)
Psixoloq Aişə Kayhana görə, qadınların bir çoxu kişini qane etmək, itirməmək, problem yaratmamaq, cinsi marağı itirmiş olduğunu gizlətmək məqsədi ilə orqazm təqlidi edirlər

Seks, həyatın bizə təqdim etdiyi gözəliklərdən biri olduğu halda bir çoxumuz seksin ən gözəl anının, orgazmın dadına çata bilmirik, çox təəssüf ki… Halbuki, orgazma çatmaq baxımından qadınlar kişilərdən daha şanslıdır. Əsasən qadınlar daha asan və üstəlik eyni sevişmədə dəfələrlə orgazma çata bilirlər. Buna da zəncirləmə orgazm deyilir. Kişidə isə ikinci bir orgazm üçün müəyyən bir müddət keçməsi və kişinin təkrar ereksiyon vəziyyətinə çatması lazımdır.

Orgazm ola bilməyən qadın nə edir?
Orgazm təqlidi! Psixoloq Aişə Kayhana görə; qadınların bir çoxu kişini qane etmək, itirməmək, problem yaratmamaq, cinsi marağı itirmiş olduğunu gizlətmək məqsədi ilə orqazm teqlidi edirler. Üstəlik cinsi həyatda kişinin sahib olduğu xarakter də çox əhəmiyyətlidir. Ənənəçi, mühafizəkar, cinsi sərhədləri olan, cinsi yaxınlıq haqqında danışmayan, cinsi yaxınlığı bir iqtidar məsələsi olaraq şişirdən xarakterə sahib kişi ilə birlikdə olunca, qadının orgazm təqlidi etməkdən başqa marəsi qalmır çox təəssüf ki. Çünki qadın, problemlərə bir də bunu əlavə etməyim, düşüncəsiylə gerçək orgazmı yaşamamaşağı qəbul edir.

"Orgazm ola bilmirəm" demək bir çox qadın üçün cəsarət tələb edir. Nəticədə kişini inandıra bilməməkdən, ən müasir kişi də olsa bunu öz müvəffəqiyyətsizliyi kimi qəbul edərək ,kişinin sərt reaksiyasıyla qarşılaşmaqdan çəkinir.

Kişi qadının orgazm təqlidi etdiyini anlaya bilərmi?
Bu problemin cavabı böyük bir "xeyr!" Kişilər, təqlid edilən orgazmı ayırd edə bilməzlər. Çünki beyinlərindəki seks imici, porno jurnal və filmlərindən, bir də yoldaş arasında əldə edilən səthi məlumatlardan ibarətdir. Qadınlar da bu imici öyrənib ona görə hərəkət etdiklərində, seksdə eqoist olan və daha çox cinsi yaxınlıqda özlərini düşünən kişilərin gerçək orgazm ilə orgazm təqlidini ayırd etmələri qeyri-mümkündür. Siz baxmayın, "mən anlarım" deyən kişilərə…

Orgazm olmağı asanlaşdıran üsullar
Zövq və həyəcan nə qədər çoxdursa orgazm o qədər asanlaşar. Bəzən saatlar sürən bir sevişmə orgazm gətirməzkən, yalnız bir baxış ya da kiçik bir doxunuşun orgazmı başlatması mümkün ola bilər. Bu səbəbdən partnyorunuzla bir-birinizə həyəcanla və maraqla yaxınlaşmanız çox əhəmiyyətlidir.
Monoton sevişmələr, sizi cinsi həyatdan soyuda bilər. Bu da sevişmənin bir an əvvəl olub bitməsini istəmənizə və orgazmı yalnız təqlid olaraq yaşamanıza gətirib çıxarar. Cütlük olaraq cinsi həyatınızı rəngləndirmə, seks fantaziyaları istifadə etmə ya da fantaziyaları həyata keçirmə mövzusunda cəsur olmalısınız.
Ön sevişmənin uzun sürməsi orgazma çatmanızı asanlaşdırar. Kifayət qədər hazır olmadan əlaqəyə başlarsınızsa, genital bölgənizin sürüşkənləşməsi və boşalması qeyri-kafi olduğundan orgazma çatmaqda çətinlik çəkə bilərsiniz.

Sevişmə əsnasında açıq olmaq, zövq aldığınız nöqtələri dilə gətirmək ya da hərəkətlərinizlə bildirmək əhəmiyyətlidir. Erogen bölgələrinizin xəbərdar edilməsi orgazm olmanızı asanlaşdırar.
Kişinin orgazma çatma müddətini mümkün olduğunca uzun tutması lazımdır. Orgazm təqlidi edən bir çox qadını buna itələyən səbəb, kişinin erkən boşalma problemi yaşamasıdır.
Orgazmı asanlaşdırmaq üçün bəzi geller istifadə edilə bilir. Bu geller əlaqədən 30 dəqiqə əvvəl klitoris bölgəsinə sürtülür və klitoral həssaslığı artırır.
Son illərdə G nöqtəsi plomb əməliyyatı tətbiq olunmağa başlandı. Təsirinin 2-3 il qədər sürdüyü deyilən bu əməliyyatın zəncirləmə orgazmı asanlaşdırıcı olduğu deyilir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri