Seksdə insana nə ləzzət verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 21 686
Səs ver:
(səs: 8)
Həyatın boyunca neçə dəfə sevmək olar? Bəzən yolda gördüyün adam ürəyinə elə yatır ki, elə bil illərdir həsrətini çəkmisən. Niyə belə olur – heç kim bilmir. "Sevginin tərifi yoxdur, anlamaq olmur” deyirlər.

Amma sən demə, məhəbbət adlandırdığımız bu fenomenin elmi izahı var. Bütün bunlar sevgi hormonlarının işiymiş.

İnsan kiməsə vurulanda onda ləzzət hormonu – dofamin aşıb-daşır. Sevgililər birlikdə olanda məhz bu hormon sayəsində eyforiyaya qapılırlar. Narkomanlar və qumarbazlar da bu hormon sayəsində həzz alırlar.

Bəzən sevən adama elə gəlir ki, "dağı dağ üstünə qoya” bilər. Bu, həddini keçən adrenalin hormonunun təsiridir.

Münasibətlərdən stabil mərhələyə keçəndə endorfin – şadyanalıq hormonu işə düşür. Bu, həm də sağlamlıq, gözəllik və sabitlik daşıyıcısıdır. Endorfinlər çox olanda insan özünü xoşbəxt, gümrah, güclü hiss edir, hər sahədə fəal olur.

Sevgililər arasında əlaqələr növbəti mərhələyə keçəndə, artıq digər hormon – oksitosin işə düşür. Məhz bunun sayəsində insanlar intim əlaqə istəyir – öpüşmək, qucaqlaşmaq, təmasda olmaq arzusu artır.

İnsanlar arasında ehtirası isə testosteron yaradır. Seksual əlaqə bu hormonun səviyyəsini artırır. Kişilərdə testosteronun göstəricisi daha yüksək olur. Öpüş zamanı bu hormon tüpürcəklə qadının orqanizminə keçir və seksual əlaqə istəyini gücləndirir.

Ümumiyyətlə, insan orqanizmi 150-dən çox hormon daşıyıcısıdır. Alimlər hələ də onları düz-əməlli hesablayıb başa çıxara bilməyiblər. Elə situasiya yoxdur ki, orada hormonlar "dincəlsin”. Odur ki, hormonlar arasında məhz sevgiyə cavab verənlərin aktiv olması öz əlimizdədir. Sevək və sevilək!
(səs: 8)
Şərhlər: 3
Baxılıb: 21 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri