Tibbin inkişafı insanların daha rahat və sağlam yaşamasına xidmət
edir. Son illər tibb sahəsində aparılan əsas araşdırmalar sırasında
cinsi aktivliyin artırılması üçün görülən tədbirlər üstünlük təşkil
edir. Harvard Universitetində aparılan növbəti bir araşdırmada isə
alimlər hansı təbii qidaların insanlarda cinsi aktivliyi artırdığı
məsələsinə diqqət yetirməyə çalışıblar. Araşdırma zamanı belə məlum olub
ki, sarı və narıncı rəngli meyvə-tərəvəzlər kişilərdə cinsi istəyi
artırır. Bu baxımdan xüsusi əhəmiyyətli sayılan qidalardan ən birincisi
isə yerköküdür. Mütəxəssislərin apardığı bu araşdırma nəticəsində belə
məlum olub ki, yerkökünə rəng verən karotenoid kimyəvi maddəsi digər
meyvə-tərəvəzlərlə müqayisədə sperm istehsalını daha da artırır. Alimlər
həmçinin onu da qeyd ediblər ki, kökün tərkibində olan antioksidanlar
DNT-yə zərər yetirə biləcək sərbəst radikalların qarşısını alır, onları
təsirsizləşdirir.
Bu nəticəyə gəlmək üçün alimlər 200 gənc
üzərində təcrübə keçiriblər. Təcrübədə iştirak edən kişilərə müxtəlif
meyvə-tərəvəzlər yedizdirilib və hansı qidaların sperm istehsalına təsir
etdiyinə diqqət çəkilib. Araşdırmaların nəticəsi belə deməyə əsas verib
ki, sarı və narıncı rəngli qidalar xüsusən də kök bu baxımdan ən
məqsədəuyğun qida növüdür. O kişilərdə spermanın hərəkət gücünü 8-10%
artırır, ata olmaq şansını yüksəldir.