Seksual aludəlilik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 899
Səs ver:
(səs: 1)
Əsrlər boyu tərənnüm edilən, həm ilahiləşdirilən, həm nifrətlənən məhəbbət nədir? Ən xoşbəxt hissdir, yoxsa ən bədbəxt hiss? Məhəbbət haqqında çox deyilib, lakin onun haqqında az bilirik.

Bir az da "həqiqi məhəbbət” haqqında:
• Məhəbbət müxtəlif formalarda (romantik, dostluq, tanışlıq) təzahür edə bilər, lakin o həmişə həvəs ilə bağlıdır.

• Məhəbbət  fiziki iztirab gətirmir. Fiziki və ya emosional zorakılıq  məhəbbətin tərkib hissəsi ola bilməz.

• Məhəbbət sevdiyin insanın hisslərini idarə etmək demək deyildlir. Ondan istəklərin həyata keçirilməsi üçün istifadə olunmamalıdır. Heç zaman bu formada tələblər irəli sürməyin: "Əgər sevsəydin, bunu edərdin”.

• Məhəbbət – sevdiyin adamın xoşbəxtliyini öz  xoşbəxtliyindən üstün tutmaqdır, ancaq bu özü-özünü aldatmaq və yaxud şəxsi dəyərlərindən və baxışlarından imtina etmək demək deyildir.

• Əgər sizdən məhəbbətinizi təsdiq etmək üçün nə isə tələb edirlərsə, onda sizi fikirləşdiyiniz qədər sevmirlər. Hər hansı bir insanı sevirsənsə, ondan məhəbbət xatirinə qurban tələb etmək olmaz.

• Məhəbbəti istəklə (həvəslə) çox asan  səhv salmaq olar. Həqiqi məhəbbətin ind ikatoruinamdır,  fiziki yaxınlıq deyildir.

• Ola bilər ki, siz bir neçə insana romantik məhəbbət bəsləyərsiniz. Fikirləşin, eyni zamanda 2 insanı sevmək olarmı? Niyə eyni zamanda 2 insana romantik hisslər bəsləmək mümkün deyil? Belə vəziyyətə düşdükdə emosional hala qapılmayın. Partnyorun qarşısında öz üzərinizə məsuliyyət götürməyin, ona açıqca söyləyin ki, siz nə hiss edirsiniz və siz özünüzü itirmisiniz.

• İntim – bu məhəbbət deyil. Məhəbbət – bu intim deyil. intim məhəbbətin tərkib hissəsidir, lakin mütləq  tərkib hissəsi deyil.

• Ola bilər ki, romantik məhəbbət ötüb keçsin, ancaq səbəbləri aşkar edilməmiş qalsın. Əgər insanda sizə qarşı olan hisslər itərsə, bu sizin şəxsi keyfiyyətlərinizi azaltmır və sizi arzuolunmaz etmir.

• Məhəbbət sizə xoşbəxtlik bəxş etməlidir. Siz özünüzə qarşı hörmət görməli, özünüzü müdafiə olunmuş hiss etməlisiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri