Cinsi əlaqə zamanı çay içərək fasilə verin

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 21 020
Səs ver:
(səs: 0)
Seks terapisti Andrew G. Marshall, daha yaxşı və zövqlü bir seks həyatının sirrinin seks oyuncaqlarında deyil bir-birinə açıq olmaq və güvən hiss etməkdə olduğunu söylədi.

İngilis The Independent qəzetinə şərh edən İngilis seks terapisti Andrew G. Marshall, cütlərə sevişmənin ortasında ara verib bir stəkan çay içmələrini təklif etdi. Marshall, "Əgər sevişmənin ortasında dayanıb bir fincan çay içib söhbət etsəniz, seksin sona çatılması lazım olan bir yarış olmadığını görərsiniz. Bu bir-birinizə yaxın olmanızı təmin edər 15 dəqiqə davam edən seks, 1-1.5 saat davam edər" dedi.

Seksualın yalnız orgazmdan ibarət olmadığını da söyləyən Marshall yataq otağında xoşbəxtlik üçün bəzi təkliflər verdi:

Seksdən bir neçə həftə uzaq durun, onun yerinə yalnız bir-birinizə toxunun. Uşaqlarınız varsa yataq otağınığın qapısını kilidləyin, səsinizin eşidilməsindən çəkinirsinizsə musiqi oxudun. Seks hər vaxt anlıq olmaq məcburiyyətində deyil. Sevişmək üçün plan edin. Partnerinizle eyni saatda yatın, telefon, kompüter kimi diqqət dağıdıcı şeyləri uzaq tutun. Bir-birinizlə ünsiyyət qurun. Problemlərə fokuslanmayın, seks həyatınızda nəyin yaxşı olduğundan, keçmişdə nələrdən xoşlandığınızdan bəhs edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 21 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri