Blefaroplastika əməliyyatı

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 105
Səs ver:
(səs: 0)
Üz ifadəsində əhəmiyyətli rol oynayan göz qapaqlarında yaranan qırış, torbalanma, sallanma və şişlik kimi dəyişikliklər insanların kədərli, yorğun və olduğundan yaşlı görünməsinə səbəb olur.
Göz qapaqları xaricdən daxilə doğru dəri, əzələ və piy qatlarından ibarətdir. Genetik faktorlar, yaş və günəş şüası kimi ekoloji amillərin təsiri ilə göz qapağı dərisi elastikliyini itirir və qırışır. Dəri altındakı əzələ təbəqəsi də zəifləyir və yer cazibəsi təsiri ilə aşağıya doğru sallanmağa başlayır. Daha dərin planda olan və normalda göz qapaqlarına dolğun və canlı görünməsini təmin edən yağ yastıqcıqları da önə doğru sallanmağa başlayır. Beləliklə, göz qapaqlarında sallanma və torbalanma yaranır.

Blefaroplastika əməliyyatı


Qaşlarda aşağı düşmə varsa üst göz qapaqlarında dəri artıqlığı daha da hiss olunur. Göz qapağına tətbiq edilən makiyaj artıq dəri qatlanmasının altında qalır. Bu faktlarda üst göz qapağındakı artıqlıq görməyi çətinləşdirəcək dərəcəyə qədər gəlib çıxa bilər.

Blefaroplastika əməliyyatı ilə göz qapağı dərisindəki artıqlıq götürülür, əzələ təbəqəsində artıqlıq varsa çıxarılır və sıxlaşdırılır, yağ torbalarının artıq hissələri xaric edilir və ya yeri dəyişdirilir. Bu əməliyyatla üz ifadəsi daha canlı və gənc bir görünüş qazanır. Ancaq göz ətrafındakı qırışlar, göz qapaqlarında nazik qırışlar, gözlərin ətrafındakı tünd halqalar və ya aşağı düşən qaşlar müalicə edilməz. Bu problemlərin aradan qaldırılması üçün əlavə tətbiqlər lazımlıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri