Yoldaşınızın gözündə sevgilisisiniz, yoxsa anası?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 808
Səs ver:
(səs: 1)
Evlilik həyatı enişli-yoxuşlu bir macəra olduğu hər kəs tərəfindən bilinən bir həqiqətdir. Həyat yoldaşların bir-birlərinə hiss etdikləri sevgi, şəfqət və nəvaziş hissinin daim olması üçün qadınların yoldaşlarına göstərdiyi sevgi dilini doğru seçmələri lazımdır. Qadının ərinə qarşı həddindən artıq qoruyucu olması, ya da ona istədiyini etdirmək üçün hökm etməsi, yoldaşına uşağı kimi davranması əlaqəni zədələyir.

Yoldaşınızın anası olmayın.
Qadınlar instinktiv olaraq analıq duyğularını uşaqlıq dövründə hiss etməyə başlayır. Ictimai həyatlarında hər kəsin köməyinə qaçar, mehriban və fədakardırlar. Bəzi qadınlar isə evlənib ana olduqdan sonra kişinin həyat yoldaşı olmaq yerinə onunla anası kimi davranırlar. Kişilər isə bir müddət sonra həyat yoldaşının eynilə anası kimi qoruyucu, müşahidəçi və şəfqətli olmasından bəzən də ona hökm edə bilmək üçün sərt bir üslubla, ya da kiçik hesab edici bir səs tonuyla çıxışından bezir. Təbii ki, bu sağlam bir vəziyyət deyil. Kişi artıq yoldaşına baxdığında yuxu kimi başlayan evliliyin, eşq dolu sözlərin, romantizmin bitmiş olduğunu görür. Bunun nəticəsində kişi yoldaşını ilk zamanlarda sevdiyi qadını olaraq deyil, anası olaraq görməyə başlayır. Buna görə də evliliyində axtardığı eşqi və sevgini tapa bilməyən kişi başqa qadınlara üz tuta bilər.

Qadın unutmamalıdır ki, yoldaşının onsuz da bir anası olduğu həqiqətidir. Yoldaşınızın sizə olan eşqinin bitməsini istəmirsinizsə, evliliyinizi yaxşı qidalandırmaq lazımdır. Evlilikdə yoldaşınıza qarşı olan sevginizi, ya da xoşlamadığınız  hərəkətlərini təbii ki, dilə gətirməlisiniz. Amma bunu deyərkən də anası kimi deyil, onun xanımı kimi deməlisiniz.

Bəs necə davranmalı?
Uzun ömürlü və sevgi dolu bir evliliyin açarı doğru ünsiyyətdir. Yoldaşınızın sevilməyə ehtiyacı olduğunu əsla unutmayın. Danışarkən bir ananın uşağıyla danışar kimi əmr, mühakimə, hesab soruşan kimi söz və rəftarlardan qaçının.

Ünsiyyət qurarkən qaş-qabaqlı deyil, gülər üzlü olun. Yoldaşınıza sevgi ilə yaxınlaşın, amma şişirtməyin. Ünsiyyəti gücləndirən bir digər yollardan biri təşəkkür sözləridir. Təşəkkür sözləri sevgini qidalandırar.

Yoldaşınıza onun da eşitməkdən razı qalacağı gözəl sözlərlə xitab edin. (məsələn: canım, eşqim, sevgilim , həyatım, ürəyim, nəfəsim və s.)
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 808
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri