Yeni bir münasibətin həyəcanı, yeni insanı tanımaq müddəti olduqca maraqlıdır. Bu münasibət
zaman keçdikcə irəliləyərək daha ciddi bir mərhələyə gəlir və
evlənməklə sonlanır. Tərəflər subay ikən elədikləri məsuliyyətdən uzaq,
rahat hərəkətləri evlənəndə də etdiklərində aralarında anlaşılmazlıq
yaranır və problemlər ortaya çıxır. Evlilikdə xoşbəxt olmağın iki yolu
var; düzgün insanı tapmaq və düzgün insan olmaq. Bu yazımızda sizinlə
xoşbəxt olmaq üçün evlilik həyatınızda tətbiq edə biləcəyiniz bir neçə
sirri paylaşırıq.
1. Problemləri bir-birinizi cəzalandıraraq həll etməkdən uzaq olun
Münasibətlərdə
qarşı tərəfi cəzalandırmaq yaşanan problemi həll etməz, əksinə
tərəflərin bir-birindən uzaqlaşmasına səbəb olar. Yoldaşınızın sizə
yaxınlaşmasını əngəlləyərək, ona xəbər vermədən planlar edərək, tez-tez
tənqidi sözlər deyərək, onunla danışmayaraq, xoş sifət göstərməyərək onu
cəzalandırdığınızı düşünürsünüz, ancaq bunları etməklə bəlkə də
aranızda gələcəkdə yeri doldurula bilməyəcək boşluqlar açırsınız.
2. Bir-birinizlə rəqabətə girməyin
Rəqabət
insanlar arasındakı üstünlük yarışıdır. Bunun da əslində heç bir
faydası yoxdur. Əksinə, cütlüklərin bir-birindən uzaqlaşmasıyla yanaşı
bir-birini günahlandırmasına, mühakimə etməsinə, hətta təhqir edici
sözlər deməsinə səbəb olur.
3. Tərəflərin asılı deyil, bir-birinə bağlı olmaları
Asılılığın
ən əsas səbəblərindən biri özünü dəyərli hiss etmək ehtiyacı, həmişə
qarşısındakından onunla maraqlanmağını gözləməkdir. Hər dəqiqəsini sizə
ayırmasını gözləmək müəyyən vaxt keçdikdən sonra qarşı tərəfin bezməsinə
səbəb olar və münasibətinizi monotonluğa aparar. Birlikdə keçirilən
vaxt xaricində hər iki tərəfin özlərinə vaxt ayırmaq istəməklərinə
hörmətlə yanaşmaq lazımdır.
4. Özünüzü və yoldaşınızı yaxşı tanımaq
İnsan özüylə barışıq olduğu bir münasibətdə olduqda ətrafıyla da sağlam münasibətlər qura bilər. Evlilikdə xoşbəxtliyin
davam etdirilməsinin təməllərindən biri də tərəflərin özləri ilə
barışıq ola bilmələri və özlərini düzgün tanıya bilmələridir. Özünüzü
tanımağa çalışmaqla yanaşı yoldaşınızı da yaxşı tanımağa çalışın.
Məsələn, "nəyə kədərlənər, nəyə sevinər, hansı hadisəyə necə reaksiya
verər, nəyə nə qədər hirslənər, nələrdən xoşlanar?” bunları bilməyə
diqqət yetirin. Özünüzün olduğu qədər yoldaşınızın da hisslərinə
əhəmiyyət verin. Onu başa düşməyə çalışarkən empatiya qurmağı sınayın.
5. Söhbət edə bilmək
Cütlüklərin
yaşadığı ən böyük problemlərdən biri düzgün ünsiyyət qura bilməməkdir.
Sevgi qədər hörmət də evliliyin sağlam şəkildə davam etdirilə bilməsi
üçün əsas amillərdəndir. Yoldaşınızı diqqətlə dinləyin və bu zaman başqa
şeylərlə maraqlanmayın, sözü qurtarmadan cavab verməyin, bədən dilini
müşahidə edin.
6. Tənqidin miqdarını və formasını yaxşı tənzimləyin
Tərəflər
bir-birinin xoşlamadığı bir hərəkətini dilə gətirərkən bunu onu
incitmədən, təhqir etmədən və düzgün mühitdə etməlidir. Bəzən cütlüklər
həmişə bir-birinin qüsurunu tapmağa çalışırlar, amma bu zaman da
tənqidin dozasını düzgün tənzimləmək lazımdır.
7. Tərəflərin evdə öz üstlərinə düşən məsuliyyətlərini yerinə yetirməyə diqqət etməsi
Hər kəs öz üzərinə düşən vəzifələri və öhdəlikləri yerinə yetirdiyi zaman daha xoşbəxt və sakit bir ortaq həyat keçirə bilərlər.
8. Bir-birini dəyişdirmək istəyindən əl çəkmək
Evlənməmişdən əvvəl tərəflər bir-birini olduğu kimi qəbul etmiş görünsələr də evlilik
müddətində bu vəziyyət dəyişir və onlar bir-birlərini dəyişdirmək
cəhdinə başlayırlar. Unutmayın ki, insan ancaq özü istəyərsə dəyişər.
9. İfrat qısqanclığın olmaması
Qısqanclığın
həddindən artıq olması özünə inamsızlığın əlamətidir. Qısqanclığın
dozasının tənzimlənməməsi bir müddət sonra qarşıdakı insanı bezdirir.
10. Yoldaşının qohumlarına yaxınlıq göstərmək
Sizin
öz ailənizi sevib hörmət qoyduğunuz kimi yoldaşınız da öz ailəsini
sevir və hörmət qoyur. Buna görə də onun ailəsinə də lazım olan sevgi,
hörmət və diqqəti göstərməlisiniz.
11. Büdcəyə nəzarət etmək
Tərəflərin
ailə büdcəsini aşan, hər iki tərəfi də çətinə salan xərcləmələrdən uzaq
durmağı lazımdır. Arada anlaşılmazlıq yaranmaması üçün evə bir şey
almaq lazım olanda hər iki tərəfin xəbəri olmalı və ortaq qərar
verməlidirlər.
12. Baxımlı olmağı unutmamaq
Cütlüklər geyiminə, təmizliyinə, şəxsi görünüşlərinə bayırda olduğu qədər evdə də diqqət göstərməlidirlər.