Ailə planlaması

Şərhlər: 1
Baxılıb: 2 413
Səs ver:
(səs: 0)
Ailə planlaması ailə qurmağa hazırlaşan hər bir gəncin qarşısında duran ən vacib məsələlərdən biridir. Bu zaman diqqət etməli və nəzərə almalı olduğumuz bir çox psixoloji məqamlar vardır. Hər insan bir dünyadır. Və iki gəncin ailə qurması isə tək onların deyil, bu dünyaların artıq birləşməsi deməkdir. Hər insanın dünyanı qavrama şəkli fərqlidir. Qarşıdakı insanın dünyasını qəbul etmək və ona anlayış göstərmək lazımdır. Ancaq belə olduqda uzunömürlü ailə səadətinə nail olmaq olar. Bu isə qarşı tərəfi daha yaxşı tanımaq, onun xarakterik xüsusiyyətlərini, dünyanı qavrama şəklini, sevdiyi və sevmədiyi məqamları və s. bilmək ilə mümkündür. Bir insanla daha yaxşı münasibət qurmaq üçün o insana gedən yolu bacardığınız qədər yaxşı bilmək lazımdır. Necə ki, bir şəhərdən digər bir şəhərə gedərkən yolu nə qədər yaxşı bilsəniz, bir o qədər də rahat və əziyyətsiz gedib çatacaqsınız. Bu bütün insan münasibətləri üçün keçərlidir. Bura sevgi və ailə münasibətləri də daxildir. Digər mühüm məqamlardan biri də qarşı tərəfin sevgi dilini bilməyinizdir. Garry Charpmana görə beş əsas sevgi dili vardır: Dəstəkləyici sözlər, birlikdə zaman keçirtmək, xidmət davranışları, hədiyyə, fiziki təmas. Əgər sizin ailə quracağınız insanın sevgi dili birlikdə zaman keçirtmək şəklindədirsə, siz ona nə qədər xoş sözlər söyləsəniz belə onunla zaman keçirtmədikcə sizin sevginizin azlığından şikayətlənəcək. Belə məqamlarda isə anlaşılmazlıqlar yaranır. Çünki siz öz sevgi dilinizdə sevginizi izah edirsiniz, hansı ki qarşı tərəfin sevgi dili tamamilə başqadır. Necə ki, ingilis dilində danışan bir insanı azərbaycanca başa salmaq çox çətindir. Eynilə sevgi dilləri üçün də bu keçərlidir. Sevginizi sevdiyiniz şəxsin sevgi dili ilə anlatmağınız lazımdır. Digər məqamlardan biri isə kimliklərlə bağlıdır. Sevgililik, nişanlılıq və evlilik. Sevgililikdən evlilik dönəminə qədər cütlüklər 3 fərqli kimlik dəyişirlər. Hər bir kimliyin isə həm özünə, həm də tərəf müqabilinə qarşı arzuları, tələbləri, öhdəlikləri fərqli ola bilər. Yeni ailə quran gənclərdən müəyyən müddət sonra yəqin ki, "mənimlə əvvəlki kimi maraqlanmır”, "əvvəl mənə daha çox yazırdı, indi isə ancaq evə gələndə nə lazım olduğunu soruşmaq üçün zəng edir”, "ev işlərinə daha çox vaxt ayırır” və s. bu kimi ifadələr eşitmisiniz. Nümunədəki şikayətçi tərəflər evli olduğu halda problemlərə sevgili kimliyi ilə baxdıqları üçün şikayət edirlər. Qarşı tərəflərin fərqli kimliklərdə davranması da problemlərə yol açır. Evli gəncləri qarşıda gözləyən növbəti kimlik isə valideyn kimliyidir. Yeni bir ailə qurduğumuzda həyat yoldaşınızla birlikdə qurduğunuz onlarca xəyala, düşüncəyə və arzuya sahib ola bilərsiniz. Ancaq həyata keçirtmək istədiyiniz bu planların həyata keçirilməsi üçün lazım olan psixoloji, fiziki və maddi şərtlərin olduğundan əminsinizmi? Xüsusilə də ailənizin hazır olub-olmadığını nəzərə almadan bir uşaq dünyaya gətirmək və onu tərbiyə etmək sonda tərbiyə edə bilməməklə nəticələnə bilər. Ailə planlamasının əsasında doğuma nəzarət üsullarının dayanması düşünülsə də bu sadəcə bir parçadır. Uşağı hansı üsulla dünyaya gətirəcəyinizdən daha önəmli olan məsələlər var. Evinizin, ailənizin, işinizin, ekonomik vəziyyətinizin, təhsil səviyyənizin uşağı böyütmək üçün uyğun olub-olmadığını həyat yoldaşınızla birlikdə düşünməyiniz, müzakirə edib birlikdə müəyyən bir qərara gəlməyiniz lazımdır. Sonda bir sualnan oxucuları bu haqda düşünməyə dəvət edəcəm. Hara isə gedərkən etdiyimiz səfəri belə çox dəqiq şəkildə planladığımız halda, ömrümüzün ən gözəl səfərinə niyə plansız çıxaq ki? Bunu da unutmayın ki, bəzən həlli çətin görünən böyük problemlərin kökündə çox asan həll olunacaq məsələlər durur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri