Boşanmağın uşaqlara təsiri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 425
Səs ver:
(səs: 0)
Valideynlərin boşanma prosesində və boşanmadan sonrakı müddətdə diqqət etmələri lazım olan bəzi əhəmiyyətli məqamlar var.

1. Uşağa boşanma prosesi açıq və aydın bir dillə şərh edilməlidır.

2. Birlikdəykən xoşbəxt olmadığınızı, yola gedə bilmədiyinizi, bəzi anlaşılmazlıqlar olduğunu, düzəltməyə çalışmaq istədiyinizi, lakin yoluna qoya bilmədiyinizi etiraf etməlisiniz.

3. Ən çox qarşılaşılan problemlərdən biri də uşağın bu cür hallarda özünü günahlandıra bilməsidir. Ona bunun onun günahı olmadığını demək lazımdır.

4. Boşanmayla bağlı söhbətlərdə və çıxışlarda həyat yoldaşınızı günahlandırmaqdan qaçın. Bu, uşağın anası, ya da atasına kin bəsləməsinə, əlaqələrinin pozulmasına səbəb ola bilər. Bundan başqa, eks həyat yoldaşları qisas almaq üçün bir-birinə uşaqla görüşmə qadağası qoymamalıdırlar. Uşağı şantaj olaraq istifadə ediləcək bir vasitəyə çevirmək qəti olmaz.

5. Boşanma qərarınızı uşağa həyat yoldaşınızla birlikdə söyləyin.

6. Boşanmadan sonra həyatında baş verəcək dəyişiklikləri uşağa izah edin. Mümkündürsə, başqa şəhərə, başqa evə köçmək və ya başqa biri ilə ailə qurmaq haqqında danışmayın və bunları tezliklə etməyə tələsməyin. Uşaq valideynlərin boşanma travmasından ayılmamış, bir də bunların stresini yaşamamalıdır.

7. Ayrıldıqdan sonra ana-atanın əlaqələrini davam etdirmələri uşaq üçün ən sağlam yoldur. Uşaqla bağlı qərarları valideynlər birlikdə verməlidirlər. Ana-atanın və uşağın birlikdə vaxt keçirmələri üçün mühit yaradılmalıdır. Ad günləri, bayramlar kimi əhəmiyyətli günlərdə bir yerdə olmaq uşağa yaxşı təsir edəcək.

8. Boşanmadan sonra uşağın nizamlı və davamlı olaraq hər iki valideyni görməsinə diqqət göstərilməlidir. Hər iki valideyn uşağı öz yanlarına çəkmək məqsədilə həddindən artıq sevgi nümayiş etdirməməlidir. Uşağın hər iki valideyninin evində qala bilməsinə imkan yaradılmalı və onlarla vaxt keçirməsi təmin edilməlidir.

Uşağa iki evin də onun evi olduğunu hiss etdirin.
9. Razılaşmadığınız mövzularda uşağı tərəf tutmaq məcburiyyətində qoymayın.
10. Uşağı boşanma mövzularının danışıldığı mühitdən uzaq tutun, mübahisələrinizi onun yanında etməyin. Uşağınızı həyat yoldaşınızla barışmaq üçün bir vasitə olaraq istifadə etməyin. Digər ailələr və qohumlara uşağa qarşı həssas davranmaları mövzusunda xəbərdarlıq edin. Digər insanların uşağın anası və ya atasını pisləmələrinə icazə verməyin.
11. Valideynlərin hər ikisinin də uşaqla maraqlanması, həyatındakı inkişaflardan xəbərdar olması, məktəb və digər fəaliyyətlərindən xəbərdar olması vacibdir. Valideynlərdən birinin çox maraqlanması digərinin əskikliyi ört-basdır etməməlidir.
12. Uşağın suallarına açıq və düzgün cavab verməyə çalışın. Uşağınızı anası və ya atası arasında seçim etmək məcburiyyətində qoymayın.

Valideynləri boşanan uşaqda yaranan problemlər
Boşanma müddətində uşaqda bəzi fizioloji, psixoloji və davranış problemləri ortaya çıxa bilər. Bu reaksiyalara vaxtında müdaxilə edilməlidir və lazım olan tədbirlər görülsə, uşaq boşanma prosesinin öhdəsindən daha asanlıqla gələ bilər. Psixoloq bu cür problemlərə nümunələr də gətirib:
1. Barmaq əmmə, dırnaq yemə, yalan danışma, alt islatma kimi davranış pozğunluqları
2. Psixoloji mənşəli kəkələmələr
3. Tək qalma qorxuları və gecə qorxuları
4. Uyğunlaşmazlıq və narahatlıq
5. Yuxu pozğunluqları və yemək yemə problemləri
6. Ətraf mühitlə əlaqələrində problemlər
7. Məktəbdə və dərslərində uğursuzluq, məktəb qorxusu
8. Əsəb, hirs, kin və təcavüzkarlıq
9. Özünə qapanma halları
10. Diqqət toplamaqda çətinlik çəkmək
11. Tez-tez ağlama, baş və qarın ağrısı, mədə bulanması kimi narahatlıqlar

Ailədaxili ünsiyyət, sevgi və diqqət bu və buna bənzər problemlərin aradan qaldırılmasına mane ola bilər. Lakin uşağın boşanmadan daha az təsirlənməsi üçün bütün tədbirlər görülməlidir. Belə bir vəziyyətdə professionaldan kömək alınması həm ana, həm ata, həm də uşaq üçün faydalı olacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri