Xoşbəxt evliliklə əlaqədar 10 zəmanətli tövsiyə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 123
Səs ver:
(səs: 0)
Sizə uzun və xoşbəxt bir evlilik yaşayan təcrübəli cütlərdən və əlaqə mövzusunda ixtisas təhsili almış kəslərdən zəmanətli və təsirli tövsiyələr.

1. Bir-birinizin ən yaxın dostu olun. Ona qarşı dürüst olun. Ehtiyacı olduğunda yanında olun. Unutmayın əslində hər biriniz, bir digəri üçün oradasınız. Heç bir şey bundan daha qiymətli ola bilməz.

2. Əsla kin tutmayın. Gecələri yataq otağında birlikdə yatacağınızı və ya evin içində yenə baş-başa olacağınızı ağılınızdan çıxarmayın.

3. Sizin üçün əhəmiyyətli olan hər mövzunu mütləq danışın. Onun üçün əhəmiyyətli olanları dinləyin. Beləcə qohumlarla əlaqədar vəziyyətləri, maddi problemləri, gələcək planları haqqında düşüncələrinizi ortaya açıqca qoymuş olacaqsınız. Yoldaşınızı, daha ilk gündən və hər istiqamətiylə tanımaq, irəliləyən zamanlarda qarşınıza çıxa biləcək problemlərdə necə davranacağınızı bilməniz baxımından əhəmiyyətlidir.

4. Daimi olaraq ona "Necəsən? Həqiqətən necə hiss edirsən? "Suallarını soruşmağı laqeyd yanaşmayın.

5. Zəruri olduğu zaman əmin ola bilməniz baxımından, onun üçün əhəmiyyət daşıyan detalları mütləq öyrənin.

6. Sadiqlik hissiylə eşq arasında necə bir fərq olduğunu bilməlisiniz. Sevgi necə hissetdiyinizlə əlaqədardır. Sadiqlik isə sevdikləriniz üçün nələr edəbiləcəyinizlə əlaqədardır.

7. Evliliyinizi bir problem olduğunda mütəxəssislərə məsləhət fikri sizi qorxutmasın. Evlilik məsləhətçiləri yoldaşınızla aranızdakı ola biləcək problemlərdə ünsiyyət qurmanızı asanlaşdırır.

8. İkinizi maraqlandıran bir mövzuda cümləyə "Mən" sözü ilə başlamağınız yoldaşınız tərəfindən təcavüzkar bir mövqe kimi qəbul edilə bilər.

9. Fikir ayrılıqları narahat edici deyil. Hətta yoldaşınızı daha yaxşı anlamanız üçün sizə fürsət yaradır. Onu diqqətli şəkildə dinləyin və tam olaraq nə söyləmək istəyir bunu anlamağa çalışın.

10. Bir mövzunu müzakirə edərkən, yoldaşınızın sizə qarşı rəftarından narahat ola bilərsiniz. Bu kimi vəziyyətlərdə problem yaradmaqdansa mövzunu mümkün olduğu qədər qısa kəsməyə çalışın. Ona dönüb "Bu mövzunu burada bağlayaq. İndi söyləyərsənmi, axşam yeməyində qırmızı mı yoxsa ağ şərab mı seçim edərsən? "Tərzi bir cümlə kifayət qədər təsir edici olacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri