Qaynana və gəlin problemlərinin həlli

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 571
Səs ver:
(səs: 0)
Qaynana və gəlin problemləri. Bu döyüşdə sizcə kim qazanclı olacaq ? Qazanmaq bir tərəfə qalsın, bu döyüşdə bir çox insanın canı yanacaq, ən birinci hər iki qadının, arada əzilən ərin varsa uşaqların və bəzən də digər ailə üzvlərinin.

Qaynana – gəlin problemlərinin tarixi çox kohnə dövrlərdən bəri davam edir. Bu iki qadının güc doyüşü, eqo tətmini və ən əsası çox sevdikləri eyni adamın gözündə önəmli olma istəyi, qaynanalar və gəlinlər arasında bitmək tükənmək bilməyən problemlərin yaşanmasına yol açmışdır. Qısqanclıq və çəkə bilməməzlik bəzən elə bir nöqtəyə gəlib çıxıb ki, iki qadın bir birlərini üzmək üçün bir birlərinə inanılmaz pisliklər də ediblər. Axırda döyüşü kim qazandı desəniz? Heç birinin qazanmadınığını bildirməyimiz heç də səhv olmazdı. Bu döyüşdə bir çox insanın canı yanacaq, ən birinci hər iki qadının, arada əzilən ərin varsa uşaqların və bəzən də digər ailə üzvlərinin.

Yaxşı bu tarixi problemin həlli vardırmı? Ümumiyyətlə evliliklərə baxdığımızda:

Evliliyin əvvəllərində: Qaynana aqressiv, güclü, xoşbəxt.. Gəlin isə passiv, küskün və yazıq…

Evliyilin ortalarında: Qaynana və gəlin bir-birlərinin ayağına basmağa çalışar. Gizli mübahisələr olur amma görünüşdə bir birlərini başa düşrlər kimi görünərlər.

Evliliyin yetkin vaxtlarında: Artıq gəlin evdə ağırlığını hiss etdirər. Gəlin aqressiv və xoşbəxt (intiqam alan) qaynana isə ezilmiş və acı çəkən vəziyyətə düşər.

Göründüyü kimi bu mübahisələr axıra qədər davam edir. Görəsən bunun həlli vardırmı? Bir birlər ilə yaxşı dolanan qaynana və gəlin misalları yoxdurmu? Bu mübahisələr niyə olur?

Təbii ki, bir çox yaxşı dolanan hətta ana-qız kimi olan qaynana və gəlin misalları vardır və olmağa da davam edəcəkdir. Əgər həm qaynana həm də gəlin qarşı tərəfin haqlı ola biləcəyi yönləri tapa bilərsə, nə hiss etdiyini anlamağa çalışsa, empatiya edə bilsə, yəni özünü qarşı tərəfin yerinə qoya bilsə, hörmətli və tolerantlı ola bilsə ortaya çıxacaq problemlərin bir çoxunun qarşısını ala bilərlər.
Fərqli düşüncələrə sahib qaynana və gəlinlərin mümkün düşüncələrini incələyək.

Gəlinini problem edən qaynana nə fikirləşir:
“Bu uşağı mən doğdum, onu böyüdənə qədər nə əziyyətlər çəkdim. Onun üçün canımı verərəm. Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Ona zərər verənlərin qarşısını almalıyam. Gəlin oğlumu əlinin içinə alıb. Oğlumu xəbərdar etməliyəm. Oğlumun yaxınında olmalıyam. Oğlum məni unutmasın. Ortalığı boş buraxmamalıyam. Mən bu qədər vaxtdır oğlum üçün saçımı süpürgə etdim indi də növbə oğlumda və gəlinimdədir, onlarda məni xoşbəxt etsinlər və istəklərimi yerinə yetirsinlər. Hələdə idarənin məndə olduğunu göstərməliyəm. Oğlumun evi mənim evimdir. Bu uşağı mən böyütmüşəm.”

Gəlinini problem etməyən qaynana nə fikirləşər:
“Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, öz həyatını arvadı ilə bərabər keçirməsini istəyirəm. Oğlum mənim sahib olduğum bir əşya deyil, varlığından xoşbəxt olduğum bir fərddir. Artıq öz ayaqları üstündə dura bilir buna görə də onu qorumağa xüsusilə də arvadından qorumağa heç ehtiyac yoxdur. Əlbətdə ki, arvadı ilə aralarında bəzi problemlər olacaqdır bu mənim problemim deyil. Onlar bu vəziyyətdən baş çıxaracaqlar və təcrübə qazanacaqlar və bərabər yaşamağı öyrənəcəklər. Mən araya heç vaxt girməyəcəyəm. Əlbətdə ki, əgər gəlinimi qızım olaraq qəbul edəcəyımsə onunla səməmi olmağa çalışmalıyam. Fərqlilikərini xoş görüb oğlumun arvadını dəyişdirmə və ailəmizə uyğunlaşdırma səylərini göstərməyəcəyəm. Gəlinimlə mənim aramda problem varsa bunu öz aramızda həll edəcəyik. Bir ehtiyacları olduğu vaxt həmişə onların yanlarında olacayam amma bu onların işinə qarışmaq mənasına gəlməyəcək. Özümü önəmli göstərmək üçün onlara duyğusal, pul və ya maddiyat kimi təsirlərlə onları təsirim altına salmayacayam. Qısacası fərqliliklərinə hörmət edib və başa düşməyə çalışacayam. ”

Qaynananı problem edən gəlin nə fikirləşir:
Evliliyimizin tək problemi qaynanamdır. Bu qadın bütün mövzularda həyatımıza müdaxilə edir. Davamlı olaraq mənə nə etməyimi öyrədir. Oğluna xadimə tutmuş kimi davranır. Elə bil mənim tək işim oğlunu xoşbəxt etməkdən ibarətdir. Davamlı mənim qeybətimi edir, hər yerdə məni insanlara pisləyir. Hər fürsətdə oğluna mənimlə əlaqəli pis sözlər söyləyib durmadan məni pisləyir və aramızda dava salır. Oğlundan məni ayırmaq üçün əlindən gələni edir. Oğlu da anasına bir söz demir və məni müdafiə etmir. Ya anasını seçməlidir ya da ki, məni. Bu qadın hər fürsətdə mənim xətalarımı üzə çıxarmaqla məşğuldur. Onun üzünü görmək bir tərəfə səsini belə eşitmək istəmirəm. Bu qadından necə qurtula bilərəm Allahım? Nifrət edirəm, nə olardı yox olsaydı. 100 faiz uşaqlarımı mənə qarşı doldurur. Evimə gəlməsindən nifrət edirəm. Sənin ana bunu belə elədi onu belə elədi…

Qananasını problem etməyən gəlinlər nə fikirləşir?
“Bu mənim ərimin anasıdır. Onu olduğu kimi qəbul etməliyəm. Anlayışlı, səbirli və xoş görülü olmalıyam. Bizim həyatımıza müdaxilə etdiyi vaxt gözəl bir şəkildə qəlbini qırmadan yoldaşımla bərabər oturub qərar verdiyimizi söyləməliyəm. Davranışlarını şəxsi qəbul etmək yerinə, oğlunu itirməkdən qorxan bir ana fikirləşib, onu başa düşməliyəm. Açıq və səmimi olmalıyam. Pis biri olmadığını bilirəm. Qaynanamın məni üzməsinə icazə verməyəcəyəm bununla yanaşı məndə qaynanamı üzməmək üçün əlimdən gələni edəcəyəm. Qaynanam ilə mənim aramda olan problemləri öz aramızda həll etməyə çalışacayam. Ərimi ikimizin arasına soxmayacayam və bir seçim etmək məcburiyyətində buraxaraq nə ərimi nədə ailəmi üzməyəcəyəm. Ərimin anasına hörmət edirəm və onu anlamağa çalışıram”

Əziz oxuyucular, qaynana-gəlin problemlərinin həqiqətən həlli vardır. Bunun üçün anlayışlı olmaq, ön yarqılarımızdan qurtulmaq, məsələlərə yaxşı niyyətlə yaxınlaşmaq, özümüzü qarşımızdakının yerinə qoymaq və ən vacibi güc savaşı etməməyimiz lazımdır. Analar unutmamalıdır ki, onların qızları da kiminsə gəlini olacaq, gəlinlərdə unutmamalıdırlar ki, hər bir gəlin nə vaxtsa bir qaynana olacaq. Atalar demişkən: Nə atarsan aşına oda çıxar qaşığına.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri