Susqunluğumla danış ...

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 1 531
Səs ver:
(səs: 0)
Dünyanı idarə edən kağız, qələm və mürəkkəbdir..

Nə ilik dərdidi bu nədə qan çatışmamazlığı. Hammısından betər. Sən çatışmamazlığı.

Əl-ələ kölgələrə saatlarca baxmağı vardı şairin. Nə biləsən axı... Yalnız yalqızlar bilər, kölgə nədir, gün nədir.

Bir də gözlərini açıb görəsən üzünün işıqı düşür üzünə.

Bu qədər qorxmasa qatlanmaz insan. Ölümdən danışıram, ölümdən.Deyrəm ki, yaşamdan sonrakı qeyri-müəyyənlikdən bu qədər qorxmasa, yaşamaz insan. Öldürər özünü.

Hisslərimin adı sən, acılarımın soyadı sənsizlik. Əllərim saçların qoxur, yumağa qorxuram ətrin gedər

Bəzən bir az da çox düşünmək və fikirlərini hamıdan gizlətmək lazımdır, oğurlamasınlar deyə…

İndi ruhum şikəst olub axsaqlayır keçmişdəki günlərin boş xatirələrinə doğru.

Biz sözlə yaxşı oynamağı bacara bilən adamlardıq. Tək işimiz duyğulardan yazmaq idi. İndi sən düşün ki insanın duyğusu yoxdur və sən yazırsan. Düşün ki nifrətdən....

Soyuqundursa əgər canımı yandıra bilərsən.

Bəlkədə toxuna bilmək hissi artıq şairlər üçün mənasız bir şeydir. Nə biləsən. Uzaqdan hiss etmədən hisslərini yazanlar var.

Ehtiyatlıydı gənc aşiq, kitab götürmüşdü özü ilə, sevgilisini gözləyənədək oxumaq üçün. Nəzik barmaqlarıyla tumar çəkdi əlindəki şeir kitabına.

Ovcunda nəfəs saxla, boğuluram..

Susqunluğumla danış ...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri