Salam əziz Qadınla.com istifadəçiləri isdədim 2004-2005-ci illərdə 11- ci sinifdə oxuyarkən xatirə dəftərim vardı. Oradan sinifyoldaşlarımın yazdıqlarınan sizlərlə paylaşım. Diqqətiniz üçün təşəkkürlər.
1.Sevgi hər anı onunla yaşamaqdır.
♡♡♡♡♡♡♡♡
2.Sevgi baxışlarınla səni sevirəm deyə bilməkdir.
♡♡♡♡♡♡♡♡
3.Gözlərin sanki üfiqdən yenicə boylanan günəşdir.Hər dəfə açıldıqca yeni bir gün başlayır.
♡♡♡♡♡♡♡♡
4.Bu mesajı oxudunsa mənə heyransan,vecinə deyilsə mənsiz yaşaya bilmirsən,cavab versən mənsiz yaşaya bilmirsən. Cavab verməsən mənə vurğunsan, görək indi nə edəcəksən :)
♡♡♡♡♡♡♡♡
5.Həsrət qəlbimdə yuva qurmuş, sevgilim uzaq bir yerdə. Bir quş olub,uçub getsəm,çatsam yanına. Bassam bağrıma öpsəm o dodaqlarınan.
♡♡♡♡♡♡♡♡
6.Mənə səni unut dedilər,unutdum səni yox,unut deyənləri.
♡♡♡♡♡♡♡♡
7.Məni kəlmələrimnən oxu.Deyilməmiş ürəyimdə qalan kəlmələrdən. Məni ruhumdan oxu. Sənə bağlı,sənə aşiq,sənə sadiq ruhumdan...
♡♡♡♡♡♡♡♡
8.Mənim bir inandığım var, birdə sevdiyim. İnandığım Allahım, sevdiyim sənsən. Məni bir yaradan var, birdə yaşadan. Yaradan Allahım, yaşadan sənsən sevdiyim.
♡♡♡♡♡♡♡♡
9. Dünya üçün bir insan, mənim üçün bir dünyasan.
♡♡♡♡♡♡♡♡
10.İndi məndən uzaqsan. Amma bu uzaqlıq sevgimizə mane ola bilməz. Çünki varlığım sənin yoxluğuna da aşiqdir.