Səni üfüqündən seyr etmək ,
Dalğalarının səslərini qulağımda hiss etmək
Elə böyük bir zövqdür ki ürəyimə sızan.
Ümidli gözlərlə sənə baxan.
Dalğalarını ürəyimdə hiss edərkən,
Elə bir gözəl hissdir ki bu
Ürəyimə sinmiş və bitmək bilməyən sevgiylə
Haşır neşir oluram dalğalarınla
Mənə də işləmiş bu uşaqca oyunun
Seyr edirəm bir səni bir səması
Sevimli xoşagəlməz bütün yer üzünü
Sinəsində məni də daşı ey dəniz!
Nəfəs belə ala bilmirəm sənsiz
Gecəm gündüzüm olmusan mənim
Yersiz qala bilməm sənsiz…
Haydı göstər mənə gülüşünü,
Hiss etdiyin hüznünü,
İçindəki o həyəcan dolu tündxasiyyətliyi,
Durğunluğundakı məltəmi…
Üz verməzsənmi mənə
İncik baxışlarınla...
Hiss edərsənmi ki niyə təkəm
Tərk edərsənmi bir gün
Uçurmazsanmı göyərçinlərini mənim üçün
Oynamazsanmı mənimlə dalğa oyununu
Baxmazsanmı arxana bilməm bəlkə dönməm bir daha
Oynaya bilməm səninlə oyunumuzu
Hiss edə bilməm bəlkə məltəmini
Duya bilmərəm dalğalarındakı o qəmli səsini…
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL