Eşitmək istəsək də istəməsək də susmaz

Müəllif: Üzel..
Şərhlər: 7
Baxılıb: 1 541
Səs ver:
(səs: 0)
İçimizdə dayanmadan fısıldayan biri var və onu dinləmək əksər hallarda sarsıdıcıdır. Qapalı qapılar ardında bir ailənin nələr yaşadığını öyrənmək kimi öz içimizdəki səsə qulaq qabartmaq da demək olar hər zaman dəhşət vericidir. Aynanın qarşısına keçib özünə diqqətlə baxmaq və həqiqətlərlə üzləşmək kimi. Aynada öz əksini izləmək, əlini ilk dəfə sinəsinin üzərinə qoymağı ağıl edən birinin həmin an öz ürək döyüntüsünü hiss etməsi qədər ürküdücüdür. Çünki aynalar təkcə görüntünün yox, eyni zamanda fikirlərin, düşüncələrin də əksidir. Yaxşı hiss edirsənsə gözəl görünərsən, kefin yoxdursa dünyada səndən çirkini yoxdur. İçimizdə dayanmadan danışan biri var və ona qulaq asmaq əksər hallarda tük ürpədicidir. Çünki o qorxu hissi ilə tanış deyil.. Ayıb nədir bilməz, günah nədir bilməz, səhv nədir bilməz. O səs hər zaman oradadır, eşitmək istəsək də istəməsək də susmaz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri