Sevgini göstərməyin YOLLARI

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 3 078
Səs ver:
(səs: 0)
"Aşkım", "balam", "həyatım", "ürəyim", "canım", "birdənəm", "əzizim"... demədən də olar.

Kimi sözlərə güc gələrək içini tökər, sevgisini göstərər, kimi qışqıra-qışqıra mahnı ifa edər, kimisi elə təsirli danışar ki, qarşısındakının ürəyini qazanar. Valideynlərinizə, bacınıza, qardaşınıza, sevgilinizə, həyat yoldaşınıza, dostlarınıza sevginizi göstərmirsinizmi? Göstərməyə çalışın.

"Səni sevirəm" deməyə ehtiyac yoxdur.

Bəzi insanlar "səni sevirəm" deyə biməz. Ancaq sevgi də sadəcə iki kəlimə ilə dilə gətirilə bilən bir duyğu deyil. Bir yandan içi yalanla dolu "səni sevirəm"lər, digər yandan "səni sevirəm", - deyə qışqıran səssizliklər var.

Kəlmələrin yetmədiyi hallar da olur. Bəzən çaşıb qalırsınız - "gördüyümə inanım, yoxsa eşitdiklərimə". Gördüyünüzə və hiss etdiklərinizə inanın.

Ona sevginizi göstərin.

Şəhər həyatının çətinliklərini hər birimiz bilirik. Gərgin iş saatı, tıxac, digər problemlərlə bağlı ora-bura qaçaraq özümüzə belə vaxt ayıra bilmirik. Ancaq bütün bunlar sevgi üçün bəhanə deyil. Sevgi "vaxtım yoxdur" kəlməsini anlamaz.

Ağır bir iş gününün arasında 1 dəqiqə də olsa, sevdiyiniz insanla danışmaq həm sizə, həm ona yaxşı təsir edəcək. Sevginizi "səsini eşitmək istədim" deməklə izah edə bilərsiniz.

Bununla yanaşı həftə sonları, ya günün sonunda bir-birinizə bir neçə saat da olsa, vaxt ayırmanız həyatınızı yeniləyəcək.

Sevgilinizin ağzından çıxan hər sözünü dinləyin. Onu dinləməklə ona dəyər verdiyinizi hiss etdirə bilərsiniz.

Ona göstərdiyiniz dəyərin iki qatını sizə verəcək. Yoxsa o, danışarkən o tərəf-bu tərəfə baxmaq, sözünü kəsmək, telefonu əlinə alıb facebook-a girmək... Bu cür əhval korlayan davranışlarınızı kənara qoyun.

Öpün, qucaqlayın, toxunun... Kəlmələrə ehtiyac olmadan sevginizi göstərməyin digər yolu da budur. Dostlarınızın yanında, yalnız ikən "səni sevirəm" deməyə çəkinirsinizsə, sadəcə boynundan qucaqlayıb öpə bilərsiniz.

Sevginizi göstərməyin ən yaxşı yollarından biri də sürprizlər etməkdir. Sevdiyi musiqiçinin konsertinə bilet ala, ya ona sevginizi xatırladan əşya hədiyyə edə, iş yerinə çiçək buketi göndərə bilərsiniz.

Heç bir səbəbsiz özünüz üçün xüsusi gün təşkil edə bilərsiniz. Romantik şam yeməyi üçün tanışlığınızın ildönümünü gözləmənizə ehtiyac yoxdur.

Sevgi sizə xas bir duyğudur. Sizin sevginizdir. Yaradıcılığınızdan istifadə edib bir-birinizi xoşbəxt edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri