Sevgi yağışı

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 224
Səs ver:
(səs: 0)
Yenə “SƏN”i xatırladım bu gecə. Hardan bilə bilərdim ki nə vaxtsa bir gün “SƏN” heç olmamış kimi olacaqsan mənə. Nə bilə bilərdim ki mən səni düşündüyümün əksi olan biri kimi xatırlıyacağam. Heç vaxt belə xatırlayacağımı təsəvvür belə etmədim. Amma buna SƏN özün özünü layiq gördün. Mən sadəcə kənardan bütün bu olanlara şahid oldum. Bir insanı çox sevdiyini düşünərkən onu bu cür xatırlamaq nə demək olduğunu heç təsəvvür etdinmi? Etməzsən bilirəm, çünki sən məni “MƏN” olaraq sevmədinki. Hər zaman hər şey sənə adi gəldi. Heç bir şeyi ciddiyə almadınki. İndi isə səndən nəyisə təsəvvür etməyini istəməyim yersizdi. Amma nədənsə səni xatırladığımda heç də pis olmadım. Biraz özümə hirsləndim “mənə nə olub səni, yoxluğunu bilə-bilə düşündüyümdə heç kədərlənmədim” deyə. Elə bil mən o mən deyildim sənə “sənsiz yaşamaq mənə yaşamaq deyil” deyən. Sənlə dalaşdığımızda belə gecələr gözünə yuxu getməyən, gecələrin sakit, səssiz qaranlığında ağlayan, Sən olmasan belə başkasını sevə bilməyəcəyimi düşünən mən deyildimmi?
Hmmm...Belə...Artıq “SƏN”i düşündüyümdə heçdə kədərlənmirəm. Məni yandıra bilmirsən artıq. Ağlada bilmirsən. “Sənin sevgin yalan imiş” deyə bilərsən. Amma bunu heç vaxt deyə bilməzsən əzizim. Çünki mən səni bütün varlığımla, heç bir qarşılıq, heç bir təmənna gözləmədən, bütün həyatımı , illərimi sənə həsr edəcək qədər sevdim. Amma sən sevgimin gücündən, odundan, alovundan qorxdun. Məni tək qoyub getdiyində belə sənə “getmə” demədim. İçimdə də olsa getmə demədim arxanca. Məni MƏN yandırdım SƏN deyil. Heç də peşman deyiləm. Adam kimi sevdim, adam kimi də acımı daşımağa hazıram. Bəlkə də nə vaxtsa bunları oxusan özündən asılı olmasa da ağlayacaqsan bilirəm. Amma artıq mən ağlamıram. İndi növbə səndədi. Mən öz növbəmi çoxdan keçdim. Ürəyimdən birdəfəlik sildim səni. Təzədən sevəcəm, təzədən aşiq olacam. Ağlasam da yeni eşqlərim üçün ağlayacam...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri