Sonunu bilmədiyin hekayənin baş rolusan...

Şərhlər: 5
Baxılıb: 1 827
Səs ver:
(səs: 0)
` ~ Bəzən bir cümlə oxuyursan, sanki tam da düşüncələrini yansıdan, ancaq bir türlü ipə sapa düzə bilmədiyin, qarışıq duyğularının düzənli halı kimi.. Fərqi yoxdur, bu bir kitab da ola bilər, ruhuna yaxın gördüyün, bəlkə də həyatından, yaşadıqlarınnan fraqmentlərmiş kimi göz önünə gətirən bir cümlə də.. Özümüzə yaxın gördüyümüz, təsirləndiyimiz şeylər axı hər zaman özümüzü tapdığımız məqamlardan ibarət olur, düşünürsən ki, sən tək deyilsən, həm də yazarın nə demək istədiyini hiss etməyə əsasın olur, dilə gətirmədiyin qəlbinin dərinliklərində.. Əslində doğrudan da bu belədir, sevincində də, kədərində də milyonlarla eyni duyğuları paylaşırsan özün də bilmədən.. Hisslərinə tərcüman olan o cümlənin altını da bu səbəbdən qaralayırsan.. Sonu bəlkə fərqli bitəcək, bəlkə də eynisi, hekayələr fərqli olduğu qədər bənzərdir əslində, sən isə sonunu bilmədiyin hekayənin baş rolusan..
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri