Çox darıxmışam səninçün...

Müəllif: _pandam_
Şərhlər: 9
Baxılıb: 5 507
Səs ver:
(səs: 0)
Çox darıxmışam səninçün...



Sevən insan hər zaman sevməsini bilər. Çıxarsız, heç bir əngəl tanımadan. Olmasını istədiyi kimi deyil, olduğunuz kimi qəbul edər. Qüsur axtarmaz, tapmağa çalışmaz. Bütün içdənliyi ilə sevər. İncə yanlarınızı bilər, hər zaman yanınızda olar. Sığınaqdır, dərmandır. Sevgisi yaxşı gelendir...



Uşaqlıqda keçən yay günləri kimi, darıxmışam sənin üçün. Qış tətilində qaça-qaça pəncərənin qabağına gedib, qarın yağmağına sevindiyim qədər məsələn. Ailəliklə eyni süfrənin başında deyib gülə-gülə yediyimizşam yeməyi kimi. Axşamları həyətdə oturub, içdiyimiz çayın dadı kimi. Məktəb qoxusu kimi. İtirdiyim uşaqlıq dostlarım qədər. Yaşadığım çətin günlər qədər. Çənəmi sıxıb, ağlamamaq üçün özümü zorla tutduğum acılar qədər. Və bir daha uşaq ola bilməyəcəyim gerçəklik qədər, çox darıxmışam səninçün...



Qadın getmir əslində. Onu kişi öz əli ilə göndərir. "Get" demir amma getməsi üçün əlindən gələni edir. Nə vicdanı var nə mərhəməti. Verdiyi sözlər içi boş, yaşatdığı "xoşbəxtliklər" içi çürük. Qadın dözürsə sadəcə ümid edir. Ehh necə xəyalpərəst qadınlar yaratdı bu "kişi"lər. Xəyal et ki, xoşbəxt olasan. Yaşamaqdan daha keçib. Qadın da ili ilə susdu, ağrıdı, ağladı, getdi sonra geri döndü. İncindi və hər küskünlükdə gözü qaldı könül almalarda. Kişi nə etdi? Bir sığalı belə çox gördü. Əli başqa saçlarda gəzdi. O gəzdikcə qadın da getdi. Ruhu getmiş qadının bədəninə hesab sormayın. Bir gün o bədən də gedəcək bilin. Bir gün qadınlar baş qaldıracaq onuda bilirəm. Gözləri açıldıqca onları avam etməyə çalışan kişilərə meydan oxuyacaqlar. Bəli, bəlkə bəziləri onları dəstəkləməyəcək. Ama qadınlar özlərinə bəsdi. Çünki qadınlar güclüdü. Onları zəiflətməyə çalışanlardan belə daha güclüdü. Unutmayın bunu.!

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri