++++++++Sevmək çətinmiş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 720
Səs ver:
(səs: 2)
Səni və sənə olan sevgimi izah edə bilməmək. Dilimin ucunda minlərlə söz yığıb söyləyə bilməmək. Çətinmiş susmaq. İçində fırtınalar qoparkən gülümsəyə bilmək.
Ən çətini səni uzaqdan sevmək sanardım. Sanardım amma yanıldım. Buraxıb gedincə sən məni anladım. Ayrılıqmış ən çətini. Sevərkən ayrılmaqmış. Gedənin arxasından bir ‘qal' belə deyə bilməməkmiş.
Ən çətini ayrılıq deyərkən. Ayrılıq yandırıb qovurarkən ürəyimi. Əllərini bir başqasının ovucları arasında görməkmiş. Sanki əllərin, gözlərin, ürəyin sahibsizmişcəsinə, bir başqasının mənim olana sahib çıxmasıymış.
Nə çətinmiş sevmək. Hər kəs sevmənin bir müxtəlifinə dözərkən. Kimi ayrılıq, kimi qovuşmaq, kimi yalnız eşq üçün yanarkən; bunların hamısını tək-tək yaşamaq məcburiyyətində qalmaq çətinmiş sevimli. Hər kəs birinə dözə bilməzkən, sanki bir imtahanmış sənin sevdan da mən tək-tək keçmək məcburiyyətində buraxılmışım. Hamısını keçməyi bacarsam da aşan atəşinə, ayrılığın ağrısına, səni başqa qollarda görmənin zülmünə belə dözüb keçsəm də bu imtahanlardan; Tək bir imtahandan qaldım sevimli. Unutmaq.
Bacara bilmədim. Unuda bilmədim səni. "bir eşqi ancaq başqa bir eşq öldürər" dedilər. Sınadım, sənin eşqini öldürməyə çatacaq başqa bir eşq tapa bilmədim. Sevə bilmədim başqasını. Sevdiklərimdə oldu təbii. Amma həmişə səndən bir parça tapdığım içinmiş ya da sənə bir az olsun bənzətdiyim içinmiş gec fərq etdim…
Səni unuda bilməmək, hər keçən gün danlaq danlaq yox olmaq, təkliyimlə boğulmaq… Səndən sonra bitki mənşəli bir həyat yaşamaq, yaşamağa çalışmaq. Yavaş yavaş ölümə getmək, köhnə Türk filmlərindəki kimi son dəqiqə səndən gələn bir möcüzəni gözləmək. Olmayacağını bilə-bilə ümid bağlamaq çətinmiş. Çətinmiş sevimli ürəyini söküb bir başqasına vermək və o boşalan yeri doldurmaq, adını anın tərəfindən, gözlərin ağılıma gəlincə o boş olan yerin sızlaması və bunun bir müalicəsinin olmaması, ömür boyu belə yaşayacaq olmaq çətinmiş…
Sevmək çətinmiş. Ən çətini də sənsiz ölmək, tək ölməkmiş gizli bir küncdə titrəyərəkdən…

Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri