Romantik təcavüzdən qorunun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 797
Səs ver:
(səs: 5)
Evlənək dedikdən bir saat sonra ayrılırsa, ayağınızı yerdən kəsib sonra pis davranırsa, sizi tənqid edib bezdirici  sözlər işlədirsə, hər fürsətdə keçmiş  sevgilisini izah edirsə romantik təcavüzə uğrayırsınız.

 Eşqdə ‘Qaçan Qovalanır' qaydası şişirdilmiş şəkildə yaşanırsa, nəticə romantik təcavüzə vara bilər!


Əsassız reaksiyalar.

Sizin də maraq duyduğunuz və sizə marağı olduğunu göstərən bir adam, bir müddət sonra tam əks reaksiyalar verə bilər. Bu vəziyyətdə normal olaraq, onun maraq əlaqəsinin korlaşdığını düşünər və geri çəkilərsiniz. Romantik təcavüz vəziyyətində qarşınızdakı adam, həddindən artıq maraq əlaqəsi ilə həddindən artıq maraqsızlıq arasında gedib gəlir. Sizə və əlaqəyə dair verdiyi mesajlar əsassızdır.Belə olduqda evlənmək istəyirəm-istəmirəm, səni çox bəyənirəm-bəyəndiyim insan sənə bənzəmir, evlilik olsa ancaq səninlə olar-evlənsəm belə bu səninlə olmaz kimi cümlələr həyatınızı bezdirici hala salar.

 

Keçmiş sevgiləri haqda söhbətlər qurtarmaz.

Romantik təcavüz vəziyyətində davamlı olaraq(sizə bənzəməyən)bəyəndiyi fiziki xüsusiyyətlərdən danışması, daha əvvəlki əlaqələrinə dair xatirələrini  gündəmə gətirməsi,(xüsusilə müsbət olanları), sizin daha əvvəlki əlaqələrinizdən davamlı olaraq‘bir günahlandırma' səbəbi olaraq danışması bu halı daha dözülməz edər…

 

Alçaldıcı zarafatlarla sizi əzməyə çalışar.

Bəzi əlaqələrdə zarafat yollu tənqidlər bir maraq ifadəsi ola bilər,bu da bir ünsiyyət şəklidir. Romantik təcavüzdə isə tənqid və zarafatların ‘alçaltma' ilə əlaqəli olduğu fərq edilir. İncidici və alçaldıcı sözlər demək, şifahi olaraq və ya baxışlarla danlamaq, tamamilə görməməzlikdən gəlmək, davamlı tənqid etmək bu anlama gəlir…

 

Əlaqə onun duyğu vəziyyətin görə şəkillənər.

Romantik təcavüzün yaşandığı əlaqələrdə ‘kef və həzz' bənzəri müsbət hislər, tamamilə qarşıdakı adamın duyğu-vəziyyətinə görə təyin olunar. Onun kefi yaxşıdırsa dərhal heç demədiyi qədər gözəl sözlər deyə bilər. Sizin kefli və ya kefsiz olmanız isə onun duyğu-vəziyyətində ‘çətinlik yaradıb yaratmama' mənasında əhəmiyyətli olar. Siz kefsizsinizsə, onun da canını sıxmış olarsınız.


/Mənbə:Qadınlar.biz/

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 3 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri