Mənim istədiyim sadəcə "Biz" idi..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 253
Səs ver:
(səs: 1)

İnsan ürəyi bəzən çox kövrək, titrək, küskün olar. Bəzən bircə sözə, bir sərt baxışa, soyuq baxışa küsər, inciyər...Sanki bir körpədir. Nazlanamaq istər, bəslənmək istər, sevilmək istər. Küsən bir könül barışıq istər. Bəzən qürur qoymaz onu barışmağa. Qoymaz ilk addımı atmağa...Deyər barışma...Qürur gözlərə əmr edər: "Baxma,görmə yalvarışları...Görmə düzgünlüyü, həqiqəti..."Qürur qulaqlara əmr edər :"Eşitmə bağışla sözünü. Eşitmə deyilən sözləri...Bir kərə dinlədin, eşitdin küsdürdü səni...Daha dinləmə...eşitmə..." Qürur əmr edər dodaqlara: "Deyilən hər sözü təbəssümlə qarşılama...gülmə..."Bəzən qürur yaradar incikliyi, uzadar barışığı.

Bəzən küsərik barışacağımızı bilə-bilə. Bəzən küsərik barışmaq istəyi ilə...
Küskün könül barışıq istər...Qürura qalib gəlib barışar. Bağışlayar bütün səhvləri...Hər incikliyin barışığı daha gözəl olar. Daha Mehriban olar. Sanki yağmurda islanmiş, soyuqda donmuş biri. ..İsti qucaq istər...isti söz istər...Sadəcə özlənmiş barışığı istər...

Lakin bəzən elə küsərik barışığı gözləmədən. Sanki bütün bağlılıqlar qırılar. Bütün xoş xatirələr bir anda unudular. Bütün yaxşılıqlar itər. Qəlbən küsərik...Barışığı istəmədən. Uzaq olmaq istərik yaxınımız olsa belə. O zaman barışığa son qoyan qürur deyil, ürək olar. Küskün ürək, kövrək ürək, sınmış ürək...Hansı ki, bir BAĞIŞLA sözü ilə barışmayan, yumşalmayan, küskün ürək...O zaman qürurdan öncə sınmış, küskün barışıq istəməyən ürək dayanar...
Və ya sonunun olmadığını bildiyimiz halda gözləmək... Alınmayacağını bildiyimiz halda mübarizə aparmaq...Hər gün özümüzə söz veririk. Bu dəfə unudacağam daha ağlamayacam.Amma hər dəfəsində daha çox ağlayırıq "biz"ə. O gəlir ağlımıza. Hər şeyin əvvəlki kimi olmadığını hiss edirik...
Nə qədər ayrılığı qəbul etmək istəsəm də bacara bilmədim unuda bilmədim. Bax yenə sən gəldin ağlıma. Göz yaşlarım süzülür mən istəməsəmdə. Soruşuram özümdən haradadır o ?Nə edir indi? Məni düşünürmü? Yanımda olmadığın qətidir. .Başqa qollar da olsansa nə fərq edər ki? Bumuydumu xəyalımdakı eşq deyə soruşsan mənə, əmin ol yox bu deyildi deyərəm.Sevirəm sevilmədən... Darıxıram darıxılmadan. Bütün xəyallarda həmişə hər kəs mən mən mən deyir..Amma mənim istədiyim bu deyildi
Mənim istədiyim sadəcə "Biz" idi..

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri