Səhər qəribə bir hislə oyandım. Səni, yəni keçmiş sevgilini yuxuda görmək yaxşıdır yoxsa pisdir? Xeyirəmi yozacağıq neçə vaxtdır ağlımın bağlı rəflərindən çıxıb gəlişini?
Səni bu qədər vaxt sonra görmək, yuxuda belə olsa bütün tarazlığımı pozursa, hələ darıxdığımı göstərir? Mən səni unutduğumu zənn edərkən, içimdə bir yerlərdə yaşayırsan hələ?
Bütün hirsliliklərimi, incikliklərimi unudub, oyandığımda yuxu olduğunu anlayınca məni öpüşünün, kədərləndim. Bu hüzn belə öz başına qəribə deyil?
Bütün gün səni düşünməyə başladım. Halbuki bu qədər zamandır ağılımın küncündən belə keçmirdin və ya mən elə zənn edirdim. Yuxuda keçmiş sevgilini görməyi yazan yuxu yozmalarına baxdım: həsrət çəkirmişəm!!!
Həsrət çəkdiyini bilmədən, darıxmış ola bilər insan? Bəlkə ağılım səni unutduğu təqlidiylə məni aldadır, ola bilər? Hansıki sən heç ağılıma gəlməyin tərəfindən, mən unutduğumu sanıram … Bəlkə hamısı ağılımın bir oyunudur!
Yuxuda keçmiş sevgilini görmək, içində min bir dəyişik duyğuyla hərəkət etdiyini göstərməz? Peşmanlıq, hesablaşma, keçmişin analizi, indinin məhrumluğu və kim bilər daha nələr?
Yuxumda səni görüncə keçmiş sevimlim, başım qarışdı! Əslində sən deyilsən mövzu bəlkə də, sadəcə təkliyimin ürəyimdəki səsi həsrətdir. Sənə görə darıxmaq üçün bir səbəbim ola bilməz, olmamalı, madam darıxacağam niyə ayrıl deyir məntiqim.
Madam ki, darıxacaq qədər yaxşı idi əlaqəmiz, niyə yan-yana deyilik? Ürəyimin, ağılımın və şüurumun döyüşü içində, heç cür həll edə bilmirəm səninlə olan problemlərimi. Niyə girdin yuxuma indi? Ağılımımı çirklətdi varlığın, ürəyimimi bilmədim.
Amma bildiyim bir şey var: Od olmayan yerdən tüstü çıxmır. Ya sən hələ bütün dərdlərinə baxmayaraq ürəyimdə bir yerə sahibsən, ya mən keçmişin hesablaşmasını hələ içimdə bitirə bilməmişəm…