Gülləri sənə saxlayıb Tikanlara doğru Gedirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 703
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1320238856-656.jpg

Gülləri sənə saxlayıb Tikanlara doğru Gedirəm

Gedirəm
bütün ağrılarımı kürəyimə vurub, ümidləri özbaşına qoyub, ətirləri, bənövşələri atıb, şeirlərimi qucaqlayıb ürəyimin yanğınına gedirəm.
Hələlik əzizim..

Gedirəm

Gözyaşlarımı çobanyastığı deyə saçlarına taxıb, ürəyimdəki yağışlarla bir çaya axmağa gedirəm.
İçimdə yaşıllaşdırdığım bütün çəmənlər səndə qalsın.
Sənə qalsın qızılgüllər, bənövşələr.
Gülləri sənə saxlayıb tikanlara gedirəm.

Gedirəm.

Başımda qəm, gözlərimdə nəm, bütün xatirələri geridə qoyub, qapını ardımdan lap yavaşca bağlayıb.
Götürüb başımı gedirəm buralardan.
Heç kim görməmiş yağışın yağmadığı çöllərə gedirəm.
Sevgi dolu ürəyimi yandırmaq üçün.

Nazlı çiçəklərini oxşamadım baharın.
Bir yarpağa ömrümü yazıb çıxıb gedirəm buralardan.

Gedirəm

Həm yol, həm yolçu olmağa.
Ağrılarımla baş-başa qalmağa gedirəm.
Bütün ulduzları qanadlarıma taxıb bir kəpənək kimi azad olmağa gedirəm.

Ürəyimə damızdırdığım hər şeiri min dəfə öpərək və sevgiyə aid sinəmdə nə varsa hamısını silirəm.
Gecələrin zülmət saçlarında itməyə, bir ceyranın gözlərində ağlamaya gedirəm.
Bütün borclarımı ödədim, götürəcəklərimi təxirə saldım.
Daha nə deyəcək bir sözüm qaldı sevdiklərimə, nə də oxuyacaq bir şeirim.

Özünə yaxşı bax gözəl gözlüm. Gedirəm.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri