Səni sevirəmsə, bundan sənə nə?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 443
Səs ver:
(səs: 1)

alt

 

Sevirəm. Və bir söz daha artır. Səni sevirəm... Və bir neçə söz daha: səni sənin ağlına gətirə bilməyəcəyin qədər sevirəm. Əgər səni sevirəmsə bunun qədəri var? Sevmədim bu "qədər" sözünü. Replay: səni heç bir "qədər"in ölçə bilməyəci bir sevgi ilə sevirəm. Gülürəm otağımda. Bir az da göz yaşı var yanaqlarda. Bilmirəm nədəndi bu axan yaşlar. Bir az da musiqi var. Otağımın aurası lirikadan aslı qalıb. Hakim notlar hisslərə. Atmosfer təzyiqindən uzaqda... 

Yox damarlara heroin yeritməmişəm, əvəzinə bir az sevgi yeritdim beyində sənin xəyallarınla birlikdə. Məst olmuşam sevgidən. Cümlələrim məncə ifadə edər hər şeyi. Axı cümlələr həmişə bizi ələ verir. Fikirlərim kimi onların da yerlərini qarışdırmışam. Mübtəda, xəbər, tamamlıq, abzaslar, vergüllər, nöqtələr... onlar da uzaq mənim tək dünyadan. Rəqs edir beyində xəyallar, fikirlər darma-dağın... 

Qanadsız da uçmaq olarmış. Hardayam mən? Bağışla! Hardayıq biz? Yox, yox. Bura dünyanı əlində oyuncaq eliyən o psix oğlanın dünyası deyil.
Sənsə onun uydurma lal sevgilisi deyilsən. Sən mənim ürəyim
də mənsə Everestin zirvəsində. Mən psixəm. Fərqlənirəm - deyir qızlar başqa oğlanlardan. Fərqliyəm? Səndəmi belə düşünürsən? Amma əslində fərqli olan onlardır. Mən ki, sıradan insanam. Sadəcə olduğum sırada insanlar yoxdur. Qəribədir. Nə qəribədir? Özümlə belə danışmağım?



Yox bu əslində təbiidir. Sənin kimi... Payızdan sonra qışın gəlməsi kimi... Yağışın mələklərin göz yaşı olması kimi... Mən sənsiz günlərdə həmişə özümlə belə danışmışam. Sənli günlərdə də özümlə danışıram. Çünki sən elə əsl mənsən. Və mən də sənəm. Deyəcəklər bu dəli Nəsimi sayır özünü. Bir bədənə iki cahan sığışarmı, bir cahanın özünə yer tapa bilmədiyi zəmanədə? Stop! Bir az əvvəldə itmiş cümləni geri qaytaraq. Nə qəribədir?

Qəribə olan sevgidən çəkinib, içindəki alovu hamıdan gizlədən oğlan indi sevgidən yazır. Kim açdı sevgi otağının qapısını? Kim imkan verdi qaçsın həbs etdiyim sətirlər? Bezmirəm eyni mahnıya təkrar-təkrar qulaq asmaqdan. Necə ki bezmirəm sənə hər gün sevirəm deməyi. Mız qoymuram cümlələrə. Silmirəm yazandan sonra. Xəyanət edirəm Oşoya. "Bir qadını sev, amma heç zaman münasibət qurma" - dedi. Və Nitçenin dilindən deyirəm sənə: "Səni sevirəmsə bundan sənə nə?". Mən Kafka sən mənim Milenam.


 Və bu da sənə sevgi məktubum. Dalinin sürreal xəyallarına həvalə edirəm dünyamızı. Qoy dünyamızın divarlarını bəzəsin eybəcər rənglərilə. Hey qoca kaftar Don Kixot, səninlə döyüşməyə hazıram artıq. Diogenə qoşuluram. Yandırıram sabahın doğulması ilə çırağımı. Günəşin məndən gizlətdiyi sən. Axtarıram səni. Tapmadım yerdə. Ekzüperi ilə səma axtaışları... Və gecənin qaranlığında tapıram "Sən"i ürəyimdə. Dərinlikdə bir yerlərdə. Lap dərində... Pavarotti... Casuro... Venesiyanın adını eşidirəm mənasını anlamadığım qışqırıqlar arasından. Imagine there's no heaven. It's easy if you try. No hell below us. Above us only sky. Və imagine there are no people. All the clockes are stoped by me. Sən və mən birlikdə. "..." 

Ürəyimdəki üç nöqtəlik boşluğu həvalə edirəm sənə. Külək dodaqlarıma öpüşünün qoxusunu gətirdi. Vakumda var gücümlə qışqırıram: "Səni sevirəm". Bu nə cümlələr? Dəxlisiz söz yığını. Dayana bilmədim. Musiqi pozdu beyini. Unutdum prinsipləri. Açdım ürəyi. Tökdüm sətirləri Wordün New documentinə. Bir az eybəcər oldu. Bağışla. Və... Onla
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri