Sevgilimə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 9171
Səs ver:
(səs: 10)
Dünyaya sığışdıra bilməyəcəyim qədər sevgi varmış qəlbimdə.  Onu sən kəşf etdin. Sən də qarşılıq verdin bu sevgimə. Bir-birimizi sevdik, həm də dəlilər kimi. Bir ömrə belə sıgdıra bilməyəcəyimiz bir sevgimiz vardı. Yox elə düşünmə sevgilim... Düşünməki indi sevmirəm. İndi səni sevirəm desəm az olar. Səninçün edə bilməyəcəyim şey yoxdu bu dünyada. Sən mənim nəfəsimsən. Səni o qədər cox sevdimki, hər kəs sevgimə inad bizi ayırmaga calışdı. Biraz nail oldular buna. Səni məndən ayıra bilməsələr də soyutdular. Sən məndən uzaqlaşdın, yadlaşdın mənə. Hərgün xoş sözünü eşitməyinə möhtac oldugum halda ancaq acı sözlər eşitdim səndən. Bilirsən, bütün bunlara baxmayaraq əvvəlkindən də cox sevirəm səni. 2aydı sənli amma sənsiz günlərim bir-birini əvəz edir. Mənsə bütün günü, hər an səni düşünürəm. Bircə kəlmə xoş sözünə möhtacam. Bilirəm ki, yanımda olsan hec vaxt edə bilməzsən bunları mənə. Çünki gözlərimizdəki, qəlbimizdəki sevgi qoymaz bunları etməyə. Bilirəm, hər şey müvəqqətidi. Amma sənsiz də cox çətindi. Hər zaman hərkəslə mübarizə aparırdım. Çünki bunları etdikdə mənə güc verən sevgin idin. Amma indi nə sən varsan, nədə ki sevgini bildirirsən. Amma unutma, sən həyatımda tanıdıgım ən sadiq, dəli kimi aşiq oldugum , sevdiyim və hərzaman da sevəcəyim yeganə insansan. Bunları unutmasan mənə yetər. Hər gün yatanda sənli xəyallarımın gercəkləşməsi üçün dua edirəm. Bilirəm ki Allah Ona uzadılan əlləri boş qaytarmır.  İnşAllah mənim də dualarım qəbul olunar. Sən olması gərəkən ən gözəl yerdəsən, Duamdasan!Və mən sadəcə sən yanımdaykən dünyanı qarşıma ala biləcək qədər güclü oluram. Birdə unutma, səni Allahın icazəsiylə sevmişəm, şeytana uyubda tərk etmərəm. Sən mənim həyatımın mənasısan. Səni çox Sevirəm Sevgilim...

Şəbnəm Vüsal
(səs: 10)
Şərhlər: 12
Baxılıb: 9171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri