Hər şeyi ürəyi"m"ə atıram" çünki Ürəyimdə sən varsan"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3646
Səs ver:
(səs: 6)
Sizi sizin qədər tanıyan biri.. Özünü və həyatı çox yaxşı tanıyan biri...

Sizi həmişə düşünən, amma sizin onu düşünüb düşünmədiyinizi əhəmiyyət verməyən biri...

Sizə sizi izah edə bilən, sizi başqalarına izah etməyi çox sevən, bunu edərkən gözlərinin içi parlayan biri... Sizin üçün hər şeyi etməyə, hər şeyi bacara bilməyə hazır biri.. Nə söylədiyini bilən, söylədiyini hər şeyin arxasında dayanan, verdiyi sözə əməl edən, görüşlərinə geçikməyən biri... Harada necə davranacağını kiminlə necə danışacağını mühitə uyğun gəlməsini bilən biri... Uşaqla uşaq gənclə gənc yaşlıyla yaşlı ola bilən bunu etməkdən kef alan biri...

Gülünəcək yerdə çəkinmədən gülə biləni ağlanılacaq yerdə gözyaşlarını saxlaya bilən biri... Bəzən qısqanc, bəzən xasiyyətsiz, bəzən ərköyün, bəzən eqoist, bəzən kaprizli, bəzən davaçı, bəzən inadçı, bəzən boşboğaz amma əhəmişə yaxşı niyyətli biri... Sizi qırmaqdan incitməkdən qorxan, sizə zərər verməyə qalxanlara bütün mənliyiylə etiraz edən biri... Kimsəyə izah etmədiyiniz sirlərinizi çəkinmədən izah edə biləcəyiniz, çəkinə bilmədiyiniz, düşüncəsinə hər vaxt ehtiyac olduğunuz nə söylədiyini bildiyindən həmişə əmin olduğunuz biri...

Sənə ehtiyacım var dediyinizdə harada olursa olsun qaçıb gələn çətin anlarınızda baş uçunuzda olan və sizi dinləməkdən heç bezməyən biri... Birlikdə yemək

yeməkdən, film izləməkdən, teatra getməkdən, parkda işsiz işsiz gəzməkdən, mahnı oxumaqdan, musiqi dinləməkdən xoşlandığı biri... Romantikliyiylə sizi duyğu dənizində ucurda bilən, həqiqiliyiylə ayaqlarınızın yerə basmasını təmin edə bilən biri... Sürprizləriylə sizi çaşdıran dəliliyiylə şoka salan biri... Hər vaxt güvəndiyiniz, sizə əsla xəyanət etməyəcəyini bildiyiniz, sizi yarı yolda buraxmayacağından həmişə əmin olduğunuz biri... Sizinlə sonsuza qədər birlikdə yaşayacaqmış kimi hiss etdiyiniz, sevmədən yaşaya bilmədiyiniz, onun da sizi sevməkdən əsla imtina etməyəcəyini bildiyiniz biri...

HƏYATINIZDA BELƏ BİRİ VARMI ?
VARSA QİYMƏTİNİ BİLİN...
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 3646
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri