Sənə əzab verməmək üçün, ürəyimdəki ''səndən'' qaçdım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 813
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-01-23/1327344494-435.jpg

Sən kədərlənmə deyə sətir aralarına hördüm yoxluğunun sancılarını.
Eşidib ağlama deyə bir saçaq altına sığınıb şimşək səs-küylərində udqundum sənsizliyin qışqırıqlarını.
Ürəyində bir bahar görə bilmədən, qanayan yaralarımı yaxşılaşdırmadan çıxıb getdin.
Getməli idin, heç bir zaman dönməyəcək şəkildə ürəyimdə sənə dair nə varsa götürüb getdin.

Getdin deyirəm heç bir zaman ürəyimə gəlməmişdin sən.
Bəli, bu cümləni qurmamaq üçün nə döyüşlər verdim ürəyimdə bir bilsən.
Səni üzməmək üçün ağrılarımda dəmlənmiş bu cümləni həmişə təxirə saldım dodaqlarımda.
Təkliyində coşan yaralarımı görmə deyə qələmi qırdım.


Adını anan dodaqlarıma kilid vurdum, səni üzəcək tək bir söz söyləməsin deyə.
Sən varkən təzə tumurcuqlar açan sözlərim, yoxluğunda paslansın istədim.
Sən mənim canım idin, sənə və gözyaşlarına qıya bilmədim.
Sənə əzab verməmək üçün, ürəyimdəki ''səndən'' qaçdım.

Sənin olduğun hər yerdən uzaqlaşdım.
Həyatdan, bu sətirlərdən qısacası hər şeydən qaçdım.
Unutmaq üçün deyil, sənin gedişini özümdən gizləmək üçün.
Getmələrini təxirə saldım ürəyimin sahillərində.


Komaya girmiş varlığını, öz nəfəsimlə yaşatmaq istədim.

Nəfəsi tükənmiş bir cana, ''canımı'' verərcəsinə yoxluğuna izah edən sözlərdən qaçdım.
Canımdan canımı qoparıb, bir az daha varlığında gülümsəyə bilmək üçün özümü səni xatırladan sözlərlə ovutdum.
Özümü ''təkliyimlə'' aldatdım. Gedişlərinə neçə yalan uydurdum.
Neçə dəfə qaçılmaz bu gerçəklə aynalarda üzləşməkdən qorxdum.

Heç bir zaman dilləndirə bilmədim sənin gedişini xatırladan sözlərlə.
Amma udquna bilmədim, dodaqlarıma kilid vura bilmədim.
''Heç bir zaman ürəyimə gəlməmişdin sən...''


Gecə olub hər kəs evinə qayıdanda anladım, sənin bir daha dönməyəcək şəkildə getdiyini.
Getdin, heç bir zaman geri gəlməyəcəkdin.

S601;n601; 601;zab verm601;m601;k üçün, ür601;yimd601;ki ''s601;nd601;n'' qaçd305;m

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri