Sevənləri ayırmayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 077
Səs ver:
(səs: 1)


alt


Səni Sevirəm...
Çünki saçlarn əllərimin arasında axdıqca dünyadakı cənnəti tapmış kimi hiss edirəm özümü.
Və bilirəm ki, sadəcə Sənin istədiklərin girə bilər o cənnətə. Mən qərarlıyam o cənnətdə qalmağa.

Səni Sevirəm...
Çünki hər gülümsəyişin içimə yenidən yaşama sevinci verir.
Hər gülümsəyişin umudsuzluğu parçalayır. Bir çiçək baxçasına çevirir bu mənasız dünyanı.
Çiçək demişkən, bir çiçək adı versəydim Sənə- çobanyastığı olardı.
İnsanlara baharın gəldiyini müjdələyən çobanyastığı. İddiasız amma gözəl, gözəl amma yalansız.


alt

Səni Sevirəm... Çünki Səni sevməyi, Sənə toxunmağı, Səni dinləməyi, Sənə baxmağı, Səninlə paylaşmağı sevirəm.
Səninlə yaşanıla biləcək nə varsa hamısını sevirəm. Səni sevdiyimi anlatmağa çalışarkən nə qədər aciz olduğumu da görürəm.
Hər kəlmədən sonra durub təkrar-təkrar düşünürəm. Səni sevdiyimi yetəri qədər anlada bildimmi deyə.
Bilirəm ki, yetməyəcə. Bu qədər kəlmədən sonra belə Sənə sevgimi anlada bilməmiş olacam.

Sözlərin bitdiyi yerdə gözlərimə bax. Onlar bu sevgiyi daha yaxşı anladacaqlar Sənə. !!!.


alt

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri