Bəzən
səbəbini bilmədən özünü çox yalnız hiss edərsən və ya tanımadığın bir
kimsə üçün darıxarsan. Ya da heç bir anlam verə bilmədiyin hisslər
yaşamağa başlayarsan. Kimsə ilə birlikdə olmadığın halda tərk edilmək
duyğusu, məsələn. Yalnız bir nəfər yox, sanki, dünyadakı bütün insanlar
tərəfindən. Və bəzən də, səni ən çox anlamasını istədiyin birinin səni
anlamaması, səni anlaya biləcək qalan bütün insanlardan uzaqlaşdırmağa
başlayar. Bu isə hərkəsdən uzaqda qorxunc bir tərk edilmişlik hissi
içinə atar insanı. Nə etsən belə keçməyəcək olan.
"Bir
gün unudacaqsansa, bir gün yarı yolda buraxıb gedəcəksənsə boşuna yorma
məni" deyərdi. "Mən bu həyata öyrəşmişəm. Boş yerə yaşamımdan
uzaqlaşdırma məni - alışqanlıqlarımı, ən əsası yalnızlığa alışqanlığımı
itirmə boşuna."
Çox zaman yaxşı adamlar ətrafında yalnızlıq, yaxşı qadınlar ətrafında pis adamlar dolaşan yaşamdan danışıram.
- yaxınlaşıb "Çəkmə bu siqaretləri, səndən çox mən ölürəm" dedi qadın. Sanki, çox vecinəymişəm.
Hər
nə qədər qaçmağa çalışsaq da, bəzi problemlərdən heç qaça bilmirik.
Məsələn, problem əslində olduqları kimi görünməyə çalışmayan insanları
daha başqa cür tanımaq idi. Problem bir çox yalanların doğrudan daha
yaxşı hiss etdirdiyi üçün yalanlara inanmaq idi. Problem dəyərə layiq
olmayanlara daha çox dəyər vermək idi. Problem səni hərkəsdən fərqli
bilib, sonradan hamı kimi olduğunun fərqinə varmaq idi
Söyləmədiklərini,
söyləyə bilmədiklərini söyləməlisən, adam. Hansı vəziyyətdə olursa
olsun. İçində yığılaraq içini yeyib bitirmədən öncə. Deyilməsi gərəkən
zamandan çox keçib, hər şeyə gec qalmadan öncə. Hər şeydən uzaqlaşmadan,
ölmədən, unudulmadan öncə söylə içində olanları. Çünki onların eynisini
anlatacaq ikinci sən yoxdur.
- Sonra gülümsəyərək "nə qədər içərsən iç, yalnız başın dönər, gedən deyil" dedi qadın.
Deyirəm
çağırsa insanı uşaqlığı, "gəl, qartopu oynayaq" desə, məsələn. Nə gözəl
olardı bir neçə dəqiqəlik də olsa uşaqlığa qayıtmaq
Sevgi
var, heç mümkün, kimsə ilə eyni olmayacaq kimi. Heç kimsəsi olmayan
yalnız biri kimi. Sevgi var, qadın, səni axtarmaq və sənin ola biləcəyin
küçələrdə dolaşmaq kimi.
Bəlkə,
səndə çox kiçik bir iz belə buraxmışam deyə ümid etmişdim mən. Sonradan
anladım ki, biraz belə mən yoxmuşam içində, içim sənlə doluykən. Bunun
ağrılığını bilməzsən sən.
Qarşınızdakı insana "digərləri ilə o qədər məşğul idi ki, mənə ancaq sıra gəldi" düşüncəsi verməyin.
-deyir, bu aralar qar dənələri kimiyik, bir-birimizdən uzaqda əriyən.