Ümid çarəsizliyə çarədir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 654
Səs ver:
(səs: 6)
Fәrqimiz,düşüncәlәrimizdir.Bizi hәyata bağlayan addımlarımız,mübarizәmiz,qalibiyyәt vә mәğlubiyyәtlәrimiz.Kimi asan yolla addımlamağı seçir,kimi dә maneәlәrlә dolu yoldakı vaxt itkisini.Geriyә baxmadan irәlilәmәk,sürәti artırmaq,büdrәmәk vә missiyamızı yerinә yetirmәk.Bunun üçün nәlәr lazım idi?Mәqsәd, risk,cәsarәt,sәbr vә ümid.Platon demiş ki,şan-şöhrәtini itirsәn dә,ümidini itirmә.Günәş hәr gün batır vә ertәsi gün yenidәn çıxır.
Ümid, çarәsizliyә yeganә çarәdir.
Vә biz nә qәdәr istiqamәtimizi dәyişsәk dә, külәk mәqsәdimizә yönәlәrәk әsir.İnsanlar,hadisәlәr,bizi dәyişәn hәyat vә bu dәyişikliklә mübarizә aparan bizlәr.Bir neçә il öncә,Varisin "Sonuncu ölәn ümidlәrdir " әsәrini oxumuşdum.Vә kitab bitdikdәn sonra,hadisәlәri mәrhәlәlәrә böldüm.Sevgilәr, ayrılıqlar, xәyanәtlәr, parçalanmış insan hәyatı.Vә sonuncu ölәn ümidlәr.Bәzәn,gәlәcәyә iri addımlarla,sağlam getmәk üçün güclü silah axtarırıq.Kimliyindәn asılı olmayaraq,çoxunu әzib keçirik.Sonda isә hәmin silahın,özümüzdә olduğunu anlayırıq.Bәli, ümidlәr..

Düşünә bilәn insan üçün hәr şey çox sadәdir.Duzu,suda hәll etmәk kimi.Düşünmәyә tәnbәllik edәnlәr isә mәhlulun tәrkibini araşdırmadan ondan istifadә edir.Biz dәrk etmәsәk dә,uçuruma bir addım qalmış,ümidlәrimiz hәlә dә var olur.O addımı atmağı qәrara alsaq da,sonda közәrәn ümidlәr,sanki hәr şey yaxşı olacaq kimi işıq saçır könlümüzә.

Bәli,ümidlәr sonuncu ölür.Onu yaşadan isә bizlәrik..
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 1 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri