Kaş ki, özünü buraxıb gedə bilsə insan,...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 039
Səs ver:
(səs: 0)
Bəzən çətindir dönmək, ya da hər şeyi unudub getmək. Anladım ki, insanı ən ağrıdan şey; sevilmədiyini bildiyi halda dəlicəsinə sevmək.

Kaş ki, özünü buraxıb gedə bilsə insan, amma olmur

Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an ovuclarından itib gedəcəkmiş kimi, Həm də həmişə səninlə qalacaqmış kimi.

Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən.

Eşq; hər kəsi ona oxşadıb, heç kimi onun yerinə qoya bilməməkdir.

Əhəmiyyətsiz hesab edirəm artıq hər bir şeyi və istəmirəm kimsəni yanımda. Hər gələn bir az daha ağrıdıb gedir onsuz da.

Gedənə deyiləcək söz yoxdur, sevsə onsuz da getməzdi, amma gələnə də çox sevinməmək gərək, çünki o da başqasından gəldi.

Həyatımdan getməyi seçənlər üçün gəliş səfərləri sonsuza qədər ləğv edilmişdir

"O da sənin kimi sevirmi?" dedilər. Cavab verə bilmədiyim tək sual bu idi...

Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür.

a, b, c, ç, d, e, f, g, ğ, h, ı, i, j, k, l, m, n, .ö, p, r, s, ş, t, u, ü, v, y, z'' Saydım müəllim
-Əskik oldu bir də say
-a, b, c, ç, d, e, f, g, ğ, h, ı, i, j, k, l, m, n, .ö, p, r, s, ş, t, u, ü, v, y, z ...saydım müəllim''
'O'' hanı bəs?
"O" getdi...

Razı olan yoxdu həyatından! Kiminlə danışsam eyni şey.. Hər şeyi, hər kəsi buraxıb getmə istəyi.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri