Yağışlarda boğulacaqsan

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 177
Səs ver:
(səs: 0)
Yağışlarda boğacaq səni
Yağışlarla oyanacaqsan bir gün
Damcı damcı ürəyinə axan
Ürəyini yaxan yağışlar izah edəcək hər şeyi
Xatirələr içini ağrıdacaq bəlkə
Bəlkə də boğazına düyünləniləcək hıçqırıqlar
Ağlaya bilməyəcəksən!
Yağışlarda boğacaq səni
Günəşə küsüb hətta qaçacaqsan
Anlayacaqsan itirdiklərini
Hüzn örtəcək dörd yanını
Titrəyəcəksən xatırladıqca yağışlarla addımlarını
Peşmanlıqların ay işığıyla gün üzünə çıxacaq
Anlayacaqsan itirdiklərini
İçini qaraldan ay işığı yağışlarla izah edəcək hər şeyi
Ümidsiz bir külək mahnını söyləyəcək
Yağan yağış qulağına pıçıldayacaq səhvlərini
Yağışlarda boğacaq səni
Gecələrlə dost olmağa çalışacaqsan
Mələklər üzünə vuracaq səhvlərini
Gecələr ağrıyaraq nifrət edəcək səndən
Yox olmağı istəyəcəksən...
Ölümü düşünəcəksən bəlkə də
Boğazına ilişəcək hıçqırıqlar...
Yağışlarda boğacaq səni
Şimşəklər çaxacaq ağlaya bilməyəcəksən
Mahnılar söyləyəcəksən mənə inad
Xoşbəxtəm deyə qışqıracaqsan
Halbuki bədbəxtlik aldığın hər nəfəsdə
Hər gülüşdə olacaq
Hüznlü bir yağışda
Ağlayan baharda axtaracaqsan məni
Axtaracaqsan məni bəlkə də
Amma heç tapmamaq üzrə
Kölgən belə qalmayacaq yanında
Kölgələrin bitirəcək bəlkə də səni
Ya da yalanların...
Yalanlarınla yağışlarda boğulacaqsan...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri