İmkansız sevgilim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 477
Səs ver:
(səs: 0)
Sən... Artıq sənlə bağlı nə yazacağımı bilmirəm. Nədən yazım bilmirəm. Elə acizəm ki. İçimdə o qədər deyiləcək sözlər varkən, sənə bütün həyəcanımla "Səni sevirəm, məni buraxma " qışqırmaq istərkən boğazımdakı düyüntüm oldun.
Sənə olan hislərimi anlatmağa gücüm yetmir artıq. O gülüşün, o baxışın. Gülüşündə qalmaq istəyirdim. Hər anında olmaq istəyirdim, sevincində, kədərində olmaq istəyirdim. Əllərimdən tutarkən ürəyinin döyüntüsündə olmaq istəyirdim. Sənin olmaq istəyirdim. Sən olmaq istəyirdim... Olamadım sevgilim.
Xəyal üstünə xəyal qurdum, cavabını bilmədiyim suallarda boğulub qaldım. Heç kimsədən soruşa bilmədim səni. Nə sarılmaq, nə toxunmaq, nə də öpmək istədim səni. Sadəcə qarşımda səni görmək istədim, yanımda olmağını istədim. Olmadın sevgilim...
Gözümü yumuram - Sən, açıram - Sən. Hər saniyəmdəsən. Gözümdəki hər damla yaş sənə olan sevgimi, həyata olan küskünlümü xatırladır mənə. Hər an sanki ürəyimdəki yerin daha da böyüyür və eyni anda necə də əlçatmazlaşırsan. Nə xatırlamağı bacardım, nə də unutmağı...
Hani demişdin hər an mənimlə olacaqdın? Hər əlimi ürəyim üstə qoyduqda səni duyacaqdım. Bilirsənmi ilk dəfədir ki, bugün orada səni deyil, sənlə bağlı acılarımı hiss etdim. Sən olamazdın o, sən heç məni ağlatmazdın, bu qədər göz yaşını mənə qıya bilməzdin... Ürəyimdəki sən deyildin... Boşluq idi, getdiyində arxanda buraxdığın o boşluq...

 

"SENİNLE MUTLU OLMAK İSTİYORUM"... Bu cümlədən başlamışdıq. Demişdin ki denemək istədim, denedim... Bəs hansı cümlədə bitdik? Hansı cümlələrdə axtarım indi o sonluğu? Ki sözləşmişdik biz, yoxluğunu duydurmayacaqdın mənə. Amma indi yoxsan və həyatımdakı yoxluğun məni yox etdikcə sadəcə mənsiz həyatındakı varlığınla yaşamağı öyrənirəm sevgilim...
Susqunam... Biraz da küsgün... Sənə mi yoxsa həyata? Niyə məndən ayrılıb bizi ayırmaq istəyənlərə təslim oldun ki... niyə? Deyirlər bir zaman sənin qarşına çıxan kölgən, sonradan səninlə qol-qola girərək səndə ümidlər, arzular və xəyallar yaradır. Sonunda SƏN onun arxası ilə sürünən kölgə olursan. O səndən ayrılaraq yeni bir həyata addımlayır, sən isə ondan ayrı olsan belə, hələ də onun atdığı addımlar arxası ilə sürünüb, ümidlər edirsən, arzularınızı birlikdə yaşadığını zənn edib, xəyallar qurursan. Bir xəyal qurursan, onun da yerinə bunları real həyatda yaşamadığın üçün xəyalında yaşadırsan... Mən də səninlə o xəyalları qurdum... Amma ayıldıqda sən yox idin... Heç olmayacaqsanda...
"One day" - o günümüz heç olmadı. Sadəcə sözlərdə, xatirələrdə qaldı. Hər şey geridə qaldı. Filmlərdə, mahnılarda qaldı sevgimiz. Başqalarının gülüşündə axtaracaqsan o xəfif gülümsəyişimi, başqalarının sevgisində təsəlli tapacaqsan. Gözlərini yum və son sözlərimi duy :
Həyatda heç bir şeyim az olmadı sənin qədər və heç birşeyi istəmədim səni istədiyim qədər. Mən səni gerçəkdən sevdim. Bitməz demişdim. Heç bitmədi ... Sadəcə sən imkansız oldun sevgilim...

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri