Sənin də sevdiyini zənn etmişdim...(4-Hissə)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 1 942
Səs ver:
(səs: 1)
Qolumuzu dişləyərək saat düzəldərdik uşaqlıqda, sanki zamanın canımızı acıtacağını bilirmiş kimi.

Yuxusuz gecələrimdə gözyaşlarımla yazdım adını ürəyimə günəşsiz günlərimdə qanımla suladım şəkillərimizi yenidən gələrsən deyə!

Min dəfə yalan olsan da inanardım sənə. Sən məni aldatmadın, mən sənə inanmağı seçdim. Hamısı budur.

Sənin də sevdiyini zənn etmişdim. Ya da elə olmasını istədiyim üçün, özümü buna inandırmışdım.

Gül indi ağlayan gözlərimə baxaraq gül! Sabahların üçün gül, çəkdiyim acılar üçün gül, sən həmişə gül məni düşünmə gülüm.

Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an əllərindən çıxıb gedəcəkmiş kimi, həm də həmişə sənin qalacaqmış kimi.

Başqasını sevmən mənə əzab verərmi sandın? Sən məni də sevmişdin onsuz da. Uşağıydım da o qədər inanmışdım ki qayıdacağına.

Heç kəsi qırmayım deyirəm, bir də baxıram özüm paramparçayam.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri