Heç bir insanın ömrü başqa bir insanın...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 659
Səs ver:
(səs: 0)
İnsanlar əzabdan havalandıqda, digərləri onların çəkdiyi əzabı görmək yerinə, dəliliyinə daha çox diqqət verirlər..

Beynimizdəki tənhalıq hissinə nəzarət edən hissə ilə, ağrı(acı) yaradan qisim eyni yerdən idarə olunur. Bu səbəb görə yalnız qaldığımızda, acı, əzab, kədər hiss edərik...

Elə bir an gəlir ki, bəzi yolların dönüşü, bəzi xətaların üzrü, bəzi insanların anlamı olmaz..

Ayrılıq kədərli bir şeydir. Amma bəzən insanlar ayrılığın özünə görə yox, kimin kimi tərk etməyinə görə narahat olurlar. Heç kim tərk edilən tərəf olmaq istəmir.

Özünü mühakimə etmək digərlərini mühakimə etməkdən daha çətindir.
Əgər sən özünü doğru bir şəkildə mühakimə etməyi bacarsansa, deməli, sən həqiqətən də müdriksən..

İnsanlara nə qədər çox möhtac oluramsa,
Onlardan qaçmaq ehtiyacım da bir o qədər artırdı..

Yalan ağrıkəsici kimidir:sürətli şəkildə rahatlıq verir amma kənar təsirləri uzun müddət davam edir.Doğru isə əməliyyat kimidir, ağrı verə bilir,ancaq sürətlə yaxşılaşdırır...

İşin ən pis tərəfi çəkdiyin bütün zəhmətlərin hədər getdiyini anlamağındır. Sən isə ancaq onun üçün çalışırdın.
Hə.. Bizi həmişə kimlərləsə əvəz edirlər. Bu təbiidir.
Təbii olmayan bunun sənə fürsət vermədən, səni anlamadan, nə qədər iztirab çəkəcəyinə əhəmiyyət vermədən edilməsidir..
Həyatında elə birisini istəyirsən ki, sən onun yeganəsi olasan. Səni heç kimlə əvəz edə bilməsin. İstəsə belə..

Heç bir insanın ömrü başqa bir insanın eqosunu daşıyacaq qədər uzun deyildir...

Başqalarına bənzəməyə çalışaraq mənliyinizin dörddə üç hissəsini itirərsiniz...

"Qadınlar , özlərinə edilən bir çox şeyi bağışlaya bilər ;
amma bağışladıqlari şeyləri heç bir zaman unutmazlar...

Siz özünüzü bilirsizsə,haqqlı olduğunuzdan əminsizsə "başqaları nə deyər" fikrini beyninizdən çıxarın.Adı üstündə 'başqaları'.Onlar hər zaman danışacaq.Siz həyatın dadını çıxarın.

Kəlimələr yalnız gerçəkliyi təsvir etmir, eyni zamanda onu inşa edir...

"Ümid edirəm ki biz dost qalarıq" ifadəsini həmişə dostluq körpülərini bərpa edilməyəcək dərəcədə sındırdıqdan sonra deyirlər...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri