Ey,Bakı! Eşit səsimi.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 666
Səs ver:
(səs: 2)
Bu gecə yenə bərabərik,sən və mən. Məni buraxmayan tək dostumsan,əbədi sevdam,ölümsüz eşqimsən. Səndən daha çox heç kimsəni sevmədim mən,Səndən ayrılıb başqasının qoynunda yatmadım mən. Məni burxma ha, hər axşam səninlə dərtləşməyi,sənin gözəlliyini seyt etməyi. Mənim dinlədiyim mahnıları dinləməyini,mənim sevdiyimi sevməyini sevirəm, məni buraxma ha. Xatırlayırsan? bir insanı sevmişdim. Ona hər şeyimi vermiş, ölümünə sevmişdim onu.

Sən məni xəbardar etmişdin.Amma sən səni dinləməmişdim.Bilirəm xəta etdim amma. Məni buraxma ha, mən onu gerçəkdən sevmişdim.Hardan biləydim mənimlə oynadığını? Mənimlə əyləndiyini, vaxt keçirdiyini. Canımı acıtdı, yazığı gəlmədi mənə.Ama sən heç vaxt elə bir şey etmədin. Mən sənidə çox sevmişdim əslində. Məni buraxma.

Ey, Bakı! Eşit səsimi! Bir daha məni incitmələrinə, məni ağlatmalarına icazə vermə. Məni buraxma ha. Bəzən səni atıb gedirəm. Düşünmə sevmədiyimdən, sadəcə insanlardan bezib gedirəm. Hara getsəm dönəcəyim yer, sənsən. Məni burxma ha. Ən çox dənizini sevirəm sənin, kim nə deyir desin. Heç bir yer mənə sənin dənizinin bəxş etdiyi rahatlığı vermir. Çox sevirəm səni, məni buraxma.

Sən mənim dostum,sirdaşım. Ağladığımda başımı çiyninə rahatca qoya biləcək dostumsan. Məni buraxma ha. Hələ gecələrin bir başqadı. O, qədər gözəl görünürsənki. Gözümdə bu qədər gözəl görünən 2-ci sevdiyim sənsən, məni buraxma.

Səhərlərində gözəldi.Günəşin doğuşunun necə gözəl olduğunu bir səndə hiss edirəm. Məni buraxma ha. Mənə yeganə xəyanət etməyən sevgilim, dostum, sirdaşım, can parçam. Məni xoşbəxt edən varlıq, məni buraxma ha. Varlığınla fəxr edirəm, ey Bakı! Məni buraxma! Yalvarıram sənə, Bakı. Mən səni buraxsamda, sən məni buraxma.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri