Sən,mən və zaman

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 836
Səs ver:
(səs: 0)
Həyatdan yaşamaq üçün izin istəyirəm... Həyat mənə yaşamağa izin verir... və mən həyatın mənə verdiyi dünyada yaşamağa başlayıram. İlk günlər, aylar və illər Həyatı dərk etməyə, onu tanımağa çalışırdım... Həyat mənə hər yeni gün bir şey öyrətdi.. həyatı çox az tanıdıqda Həyat mənim kiçik dünyama Xoşbəxtlik gətirdi.. Xoşbəxtlik həyatı o qədər gözəl təqdim etdi ki mənə... Təqvimdəki günlər, aylar, illər bir göz qırpımında irəlilədi...Artıq həyatı dərk etdiyimdə Xoşbəxtlik mənə Ümidləri, Arzuları və Xəyallarıda gətirmişdi... Artıq həyatın mənə verdiyi Xoşbəxtlikdən başka Ümidlərim, Arzularım və Xəyallarımda var idi...
Hər şeyin gözəl olduğu bir vaxtda Həyat mənə birdə Tənhalığı gətirdi.. Tənhalıq özü heç də pis deyildi, amma Məni, Xəyallarımı, Arzularımı və Ümidlərimi sıxdığı üçün.. Tənhalığım mənə Səni gətirdi və həyatımdan küsmüş kimi geri çəkildi.. Artıq həyatımda Mən, Sən, Xoşbəxtlik, Xəyallarım, Ümidlərim və Arzularım vardı...çox gözəl günlər keçir..ömür səyfələrinə unudulmaz anlar yazılırdı..
Günlər keçdikcə mənim olan Xoşbəxtlim, Xəyallarım, Ümidlərim, Arzularım hamısını sənə vermişdim.. Sənsə mənə Sevgini vermişdin..Və günlərin bir günü sən artıq getmək istədiyini söylədin.. Səbəb kimi isə Sevginin daha mənimlə bir yerdə qala bilməyəcəyini söylədin... Bir neçə gün sonra Sevginin gedişini gözlədiyim halda, qapıdan çıxıb gedənin tək Sevgi olmadığını gördüm.. Sən, Xəyallarım, Arzularım, Ümmidlərim və Xoşbəxtlikdə Sevgi ilə bir yerdə tərk etdi məni...
Xoşbəxtlik yerini Kədərə vermiş, Xəyallarım Həsrətə dəyişilmiş, Arzularım Xatirələrə dönmüşdü..Sevgi isə Nifrəti qoyub getmişdi mənə... Bir tək Ümidlərim qaldı mənimlə...
Ümidlərim və Mənim üçün çox ağır günlərin olacağı anlaşılırdı.. Günbə-gün Kədər acı çəkdirir.. Həsrət əzab verir.. Xatirələr məni dağıdır.. Nifrət isə öldürürdü.. Tək tutunduğum Ümidlərim idi.. Əzaba tab gətirməyib, ölümü düşündüyüm günlərin birində... Zaman gəldi..
Artıq həyatımda Mən, Ümidlərim, Kədər, Həsrət və Nifrətlə yanaşı Zamanda var idi... Zaman həyatıma gəldikdən sonra günbə-gün həyatım dəyişirdi... daha çox ümidlənir Zamana inanırdım... Zaman ilk olaraq Kədərlə yollarımı ayırdı.. İrəlidə Həsrət, Nifrət və Xatirələrimlə uzun yolumuz var idi... Zaman, Mən və Ümidlərim aylarca apardığımız mübarizənin sonunda Həsrətədə qalib gəlmişdik.. artıq o da bizi tərk etmişdi... Geridə Nifrət və Xatirələrim qalmışdı...Zaman gec də olsa Nifrətidə həyatımızdan silməyi bacardı.. ama Xatirələr həmişə səninlə qalacaq onlara mənimdə gücüm çatmır dedi...
Bir gün Zaman köhnə ama etibarlı bir dostunu gördüyünü və onunda bizimlə qala biləcəyini söylədi.. Zamanın bizə köhnə lakin etibarlı dost kimi təqdim etdiyi Tənhalığın özü idi...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri