Sevdiyim hər kəsi bir-bir incidirəm

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 463
Səs ver:
(səs: 0)
Sevdiyim hər kəsi bir-bir incidirəm. Əlimi hansı sevdiyimə
atsam verdiyim sevgi ilə incidirəm. Sevgimdə iltihab var
sanki. Sadəcə incitməyi bilirəm.
Səbəb olduğum çoxlu göz yaşı var. Səbəb olmadığım
gülüşlər var. Sevdikcə qaçırdıram. Sevdikcə qaçıram.
Dəyər verirəm, dəyərsiz oluram. Dəyər alıram, dəyməz
oluram. Sevməyəni sevib, sevənimi zibilə salıram.
İnsanlardan çox gecəni sevdim, bilirsizmi? Ay sevdim mən.
Günəşə nifrət edib Ay sevdim.
Sevərsəm incidəcəm. Səni o qədər sevəcəm ki, ölüm
səbəbin sevgim olacaq. Sevdiyim hər kəsi incidirəm. Ailəmi,
yoldaşlarımı, sevdiyimi…hər kəsi. İncitmək sanki sənətim.
Mənim sevgimdə mikrob var.
Kimi sevsəm, kimə toxunsam incidirəm. İncindiyin yerlərdən
dəfələrlə yara alacaqsan, “qırıldım” dediyinlə bitməyəcək
paramparça olacaqsan, səni anlamasını gözləyəcəksən
insanların, vecə alınmadığını gördükdə bir az daha böyüyüb.

Zaman hər şeyin dərmanı dediklərində bir az daha
zəhərlənəcəksən, çiynində boşluq, dizlərində dərman qalmayacaq …

İndi balkona çıx və bir siqaret daha yandır.
Acıdan-kədərdən gəbərsən də reallaşmayacaq xəyallarının şərəfinə …
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri