Sən payıza bənzərdin, payız ən çox sənə bənzərdi, Sarı.

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 1 468
Səs ver:
(səs: 0)
Nə zaman qapım döyülsə qapıya qaçaram gələn sənsən deyə, gələni sən bilərəm. Gələn zəngləri səndən bilərəm. Kontaktımda hər kəsin adını sənin adın “SARI” deyə dəyişdirib saxladım. Hər gün zəng edirsən mənə, səsini dəyişdirib başqalarını səsinə bənzədib, onları parodiya edirsən, yamsılayırsan Sarı. Bilirəm Sarı, bilirəm, sən də darıxmısan mənimçün, bizimçün.
Əsib saçlarıma oxşayan küləyi sənin əllərindən bilirəm, Sarı. Elə bilirəm əllərin külək, saçlarıma sığal çəkirsən, sonra əllərini yanağıma toxundurursan Sarı.
Yağan yağışı səni gözlərindən bilərəm bulud gözlü Sarı’M. Sarı, gözyaşın xəzan olduqca tapdalanıram, əzilirəm. Ölsəm buludgözlərindən ağla. Bəlkə yenidən dirildim, dirilib yenidən sevdim səni.
Saçları sənin saçların kimi yırğalanan qadın görsəm səni bilib arxasınca düşərəm. Kimsə sənə bənzəməz, necə ki sən kiməsə bənzəmədin. Səni makyajla deyil, şeirlərlə bəzərdim. Sırf səni xatırlaya bilim deyə sənə zərrə qədər bənzəri olmayan insanları sənə bənzədirəm. Sən payıza bənzərdin, payız ən çox sənə bənzərdi, Sarı
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri